İqtisadiyyat

“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub

7 May 2022 20:44
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"AzerGold" QSC-yə yeni vəzifələr həvalə olunub.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 - 2024-cü illər üçün Dövlət Proqramı"na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, "AzerGold" QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022- 2024-cü illərdə Gəncəçay-Kürəkçay sahəsində (Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) və Gədəbəy rayonu ərazisində (Qaradağ-Xarxar Cəyirçay sahələrində), 2022-2023-cü illərdə Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılmasını təmin etməlidir.

Eyni zamanda "AzerGold" QSC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022-2023-cü illərdə Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illrədə Balakən-Zaqatala rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illərdə isə Naxçıvan MR-də Göydağ-Ortakənd və Kükü-Zrnel və Ləkyətaq sahələrində geoloji axtarış və kəşfiyyat işlərinin aparılması həvalə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.