İqtisadiyyat

Dünya Bankı Ukraynaya əlavə 495 milyon avro ayıracaq

30 Aprel 2022 08:14
0 Şərh     Baxış: 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya Bankı Ukraynaya əlavə 495 milyon avro vəsait ayıracaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Vəsait Norveç, Avstriya və Amerika Birləşmiş Ştatları tərəfindən təmin ediləcək.

Qrant sazişinə müvafiq düzəlişlər maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji tərəfindən imzalanıb.

Pul vəsaiti sosial, humanitar, səhiyyə xərcləri və məcburi köçkünlərə dəstək üçün Ukrayna dövlət büdcəsinin ümumi fonduna yönəldiləcək.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva Ukraynanın maliyyə itkilərini qarşılamaq üçün yaxın üç ay ərzində hər ay 5 milyard dollara ehtiyac duyacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.