İqtisadiyyat

Azərbaycanda bu avtomobillər bahalaşacaq - VİDEO

1 Aprel 2022 09:30
Baxış: 2 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.

Müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev "Xəzər Xəbər"ə deyib ki, çatdırılma qiyməti təxminən 20-30 faiz artıb.

Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.

Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.

Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.