İqtisadiyyat

"Rusiyanı çökdürəcəyik" - Qərb "qlobal savaş"a başlayır

1 Mart 2022 12:46
9 Şərh     Baxış: 4 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa İttifaqı Rusiyaya qarşı total iqtisadi və maliyyə savaşına başlayır".

Milli.Az bildirir ki, Fransanın maliyyə naziri Bryuno Le Mer "France Info" radiostansiyasının efirində belə deyib.

Avropa İttifaqı Rusiyanın ən böyük bankları arasında yer alan "Alfa Bank", "Promsvyazbank", "Otkrıtie" və "Rossiya" banklarına qarşı sanksiyalar tətbiq edib.

Aİ habelə, Rusiyaya kosmik və aviasiya sənayesində istifadə oluna biləcək məhsulların satışı yasaqlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayaenin dediyinə görə, Aİ-nin artıq tətbiq etdiyi sanksiyalar Rusiya banklarının və ən böyük dövlət şirkətlərinin 70 faizinə ağır zərərlər verəcək.

Rusiyanın Xarici İşlər Nazirliyi Aİ-nin sanksiyalarını əsassız və qeyri-legitim adlandırıb.

Aİ ilə yanaşı, Rusiyaya ABŞ, Kanada, Yaponiya və daha 16 ölkə sanksiyalar tətbiq ediblər.

Xatırladaq ki, Avrora İttifaqı Rusiyanın maliyyə rezervləri, habelə Rusiya Mərkəzi Bankının aktivləri ilə istənilən formada əməliyyatları qadağan edib.

Aİ ölkələrinin tam əksəriyyəti səmalarını Rusiya təyyarələrinin uçuşları üçün qapalı elan ediblər.

Bütün bunlara rəğmən, Rusiyanın xam neft və təbii qaz ticarətinə qarşı hər hansı formada məhudiyyət tətbiq olunmayıb. ABŞ ehtiyat edir ki, belə məhdudiyyətlər olarsa, qlobal miqyasda rekord bahalaşmanın yaşandığı indiki dönəmdə dünya bazarlarında yanacağın qiymətləri sürətlə arta bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.