İqtisadiyyat

Avropada qazın qiyməti 1 000 dolları ötüb

14 Fevral 2022 20:48
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 1 000 ABŞ dollarını ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 14 fevral tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 028,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 13,7% çoxdur.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.