İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

13 Yanvar 2022 20:00
0 Şərh     Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 12-də 88,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 87,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,88 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.