İqtisadiyyat

Türkiyədə yanacaq qiymətlərində planlaşdırılan artım ləğv edildi

21 Dekabr 2021 08:32
0 Şərh     Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə gecə yarısı yanacaq qiymətlərində planlaşdırılan artımların ləğv edildiyi açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

"Məlum olduğu kimi, neft qiymətləri və valyuta hərəkətləri yanacaq qiymətlərini ən çox təyin edən amillərdir. Valyutadakı eniş ən qısa zamanda yanacaq qiymətlərinə də əks olunacaq", - açıqlamada qeyd edilib.

Təşkilat həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi iqtisadi tədbirlərə dəstək verən sektor nümayəndələrinə təşəkkür edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.