Anspress yazır ki, dünya şöhrətli azərbaycanlı cazmen Vaqif Mustafazadə o şəxslərdən idi ki, sağlığında şoxsaylı tənqidlərə məruz qalsa da ölümündən sonra yaradıcılığı birmənalı olaraq hamı tərəfindən qəbul edilməyə başlamışdı. Bəlkə də bu cümləni bütün dahi insanlar haqqında danışarkən işlətmək yerinə düşər.
Bəli, Vaqif Mustazadənin şöhrəti bir vaxtlar onun yaşadığı İçərişəhərdən və ümumiyyətlə Bakıdan çox-çox kənara çıxıb. Ancaq etiraf etmək lazımdır ki, dahi cazmenin xatirəsi ən çox onun bir vaxtlar yaşadığı evdə hiss edilir. İçərişəhərdə yerləşən, indi Vaqif Mustafazadə döngəsi adlandırılan ünvanda məşhur cazmen bir vaxtlar anası ilə birgə yaşayırdı. Hazırda Vaqif Mustafazadənin ev muzeyi kimi fəaliyyət göstərən məkanı dolaşdıqda onun yazıb-yaratdığı əsərlərin ruhu və eləcə də neçə-neçə yaza bilmədikləri melodiyaların səsi qulağımızda səslənirdi.
Sanki bu evin hər daşına, hər bucağına hopmuşdu Vaqif Mustafazadənin musiqi notları. Dahi cazmenin ev muzeyinin direktoru, Vaqif Mustafazadənin doğma dayısı qızı Afaq Əliyeva ilə ev muzeyini dolaşdığımız zaman bu notların sədası qulağımızdan bir an da olsa, getmədi.
Afaq Əliyeva bildirdi ki, muzey 2004-cü ildə təmir edildikdən sonra Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bura vaxti ilə kommunal mənzil idi. Bu mənzilin 24 kvadrat metrində Vaqif Mustafazadə anası Zivər xanımla birlikdə yaşayıb. Onunla birlikdə 3 qonşu da bu mənzildə yaşayıb. Ümumilikdə 4 otaq, 100 kvadratmetr olub. Mənzilin hamamla mətbəxi bir olub. Vaqif Mustafazadə evlənəndən sonra həyat yoldaşı Elza xanımla birlikdə bu mənzildə yaşayıb. Vaqif Mustafazadənin yadigarı olan Əzizə Mustafazadə də burada dünyaya gəlib. Vaqif Mustafazadədən sonra anası Zivər xanım bu mənzildə yaşamağa başlayıb.
"1984-cü ildə Polad Bülbüloğlunun təşəbbüsü ilə qonşular başqa mənzilə köçürülüb, mənzilin yarısı muzey olub, yarısında da Zivər xanım ömrünün sonuna kimi yaşayıb. Zivər xanım bu muzeyə rəhbərlik edib. Bibim Zivər xanım vəsiyyət edərək muzeyi mənə tapşırıb. 1997-ci ildən muzey işlərinə rəhbərliyi mən etməyə başladım. Bura Mədəniyyət Nazirliyinin hesabına Vaqif Mustafazadə adına Dövlət Muzeyi oldu", - deyə Afaq Əliyeva vurğuladı.
Muzey təmir olunan zaman mənzilin içərisindəki əşyalar da bərpa olunub. Mənzili gəzərkən insanda nostalji hisslər yaranırdı. Adamda belə bir hiss yaranırdı ki, sanki bəstəkar bu dəqiqə içəri girərək və öz sevimli royalında hər hansı melodiyanı ifa edəcək.
"Vaqif Mustafazadənin ilk royalını birinci qızı Lalə Mustafazadəyə verdilər, ikinci royalını "Torqovı"da ev alanda oraya apardılar. Üçüncü royalı isə bu mənzildə Elza xanıma qaldı", - deyə Afaq Əliyeva bildirdi.
Diqqətlə fikir verdikdə royalın dillərində hələ Əzizə Mustafazadənin uşaqlıqda yapışdırdığı saqqızın yerləri də bilinir.
Muzeydə bəstkarın fotolarını, sevimli qızlarının portretlərini, büstü, taxtı, kreslo, stol və stulları görmək mümkündür.
Qeyd edək ki, Vaqif Əziz oğlu Mustafazadə 1940-ci il Bakıda, İçərişəhərdə anadan olub. V.Mustafazadə Azərbaycan Respublikasının əməkdar artisti, caz muğamının banisi, bəstəkar və pianoçu, vəfatından sonra isə Dövlət mükafatı laureatı adını qazanıb. Atası Mustafazadə Əziz Əbdülkərim oğlı 1912-ci ildə Şəkidə anadan olmuşdur. O, hərbi həkim idi. Anası Zivər xanim Əliyeva 1-ci qadın pianoçularından, Ü.Hacıbəyovun tələbələrindən biri olub. V.Mustafazadə ilk musiqi təhsilini 1 nömrəli musiqi məktəbində Zivər xanımın dərs dediyi məktəbdə alıb. Vaqif 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub, 1958-ci ildə əmək fəaliyyətinə başlayıb.
1979-cu ildə dekabrın 16-da Daşkənddə qastrol konsert zamanı ifa etdiyi zaman onu 2-ci dəfə infarkt vurur, konserti başa vura bilməyən cazmen xəstəxanada vəfat edir. V.Mustafazadənin qızları Lalə və Əzizə atalarının yolunu davam etdirirlər.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məşhur azərbaycanlı cazmenin ev muzeyindən reportaj - FOTOSESSİYA
12 Fevral 2012 13:10
Baxış: 7 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Norveçdə yaşayan Arzu Rzayevanın yaradıcılığ gecəsi keçirilib – Gülnara Xəlilovadan musiqili sürpriz - VİDEO - FOTO
-
Azərbaycan Dövlət Simfonik Orkestrinin möhtəşəm konsert proqramı təqdim olundu – FOTO
-
Seyran Səxavətin 80 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçirilmişdir - FOTO
-
“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
-
Neftçala şəhərində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” uğurla başa çatdı - FOTO
XƏBƏR LENTİ
-
Dünyanın ən yaxşı 20 gənc futbolçusu SEÇİLDİ: 2 türk var
-
Salamlaşanda əli necə sıxırsınız və bu sizin haqqınızda nə deyir?
-
Sarıkökün faydaları - Bir çox xəstəliklərə təsir göstərir
-
Qəhvə buna da xeyir imiş
-
Bürcünüzə görə hansı meyvəsiniz? – Xarakterinizin "dadı" bəlli oldu
-
Şampun saç tökülməsinə səbəb ola bilər?
-
Keremcem yeni serialda
-
“Yeraltı”da yeni sima - hər şey dəyişir - FOTO
-
Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
-
7 iddia, 7 cavab: İnsanlar əslində Aya heç getməyib?
-
"Real Madrid" azarkeşlərini sevindirəcək xəbər
-
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri!
-
Fici sahillərindəki adanı 1200 il əvvəl insanlar yaradıb
-
"Liverpul" Salahın yerinə onu gətirir - FOTO
-
Aktrisa yeddi uşaqla ağır qəzaya düşdü
-
Gəncədə qadın dəm qazından öldü
-
Həmin ərazilərdən keçərkən daha diqqətli olun - Sürücülərin nəzərinə!
-
"Yunayted"dən 19 yaşlı futbolçuya görə 90 milyon avroluq rəsmi təklif - FOTO
-
130 kilodan 59-a düşən Işın Karacanın sirri: "24 saatda 1 dəfə..."
-
Üç qurum məlumat yaydı: Bu ərazi nəzarətdədir!
-
Günün qoroskopu:Gözlənilməz qazanc ehtimalı var
-
Apreldə plastik butulkaları bağçaya asın çağırışı edildi
-
Görünüşünü dəyişdi - FOTO
-
Makaron salatında mayonezi nə ilə əvəz etmək olar?

























