Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əminə Dilbazi: «Bəlkə məni ölmüş bilirlər?!»
30 Aprel 2010 14:39
Baxış: 2 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı xalq artisti Əminə Dilbazinin son müsahibəsini təqdim edir...
Bir neçə gün əvvəl Milli.Az xəbər portalı xalq artisti rəqqasə Əminə Dilbazidən telefon vasitəsi ilə müsahibə almışdı. Amma insult keçirdiyi üçün özünü yaxşı hiss etməyən Əminə xanımla bağlı bu yazının yayımı yubanırdı. Çünki rəqqasə ilə razılaşmamıza görə, onunla evində görüşüb, 91 yaşlı korifeyin fotosessiyasını hazırlayacaqdıq. Sənətkar özü də müsahibəsinə fotolarının əlavə olunması təklifimizə etiraz etməmişdi. Çünki 91 illik ömürün müsahibəsinə o qədər fotosöhbət sığdırmaq olardı ki...
Amma son günlər vəziyyəti daha da ağırlaşdığı üçün Əminə xanımın evində qonağı ola bilmədik. Bu gün isə onun ölüm xəbərini eşitdik...
Canlı fotoçəkilişlərini aparmaq qismət olmasa da, Əminə xanımın son müsahibəsini yayımlamaq qisməti varmış...
- Əminə xanım necəsiniz? Eşitdik səhhətinizdə problem var, yanınıza gəlib-gedən, baş çəkən varmı?
- Bayramdan bayrama qapımı döyən olur. Rəqqas Kamil Dadaşov, Tahir Eynullayev, Böyükağa Məmmədov, rəqqasə Təranə Muradova məni yad edirlər. Amma yalnız qaldığım günlər çox olur. Oturduğumuz bu otağı muzeyə çevirmişəm. Yəni, sağlığımda özümün muzeyimi yaratmışam ki, hərdən keçmişimlə baş-başa qalıb, darıxmayım. Ağlıma gətirməzdim ki, insan yaşlananda təklənər, bu qədər darıxar. Çox darıxıram. Amma bilmirəm nə üçün darıxıram. Hərdən həyat yoldaşımın divardan mənə boylanan şəkillərinə baxır və düşünürəm. Düşünürəm ki, insan nəyə lazımdır? Əgər mən indi səhnəyə, sənətə lazım deyiləmsə, unudulmalıyam? Məni səhv başa düşməyin. Bu sözləri maddiyat üçün söyləmirəm. Mənim pula ehtiyacım yoxdur. Axı pulu neyləyəcəm. Mənim diqqətə, qayğıya ehtiyacım var. Hərdən bir nəfər zəng vuranda deyirəm ki, gəl evə, söhbət edək. Söz verir, amma gəlmir. Hərdən elə olur ki, bayram günlərində də yada düşmürəm. Ürəyimin döyüntüləri, təzyiqim artır. Qulağım səsdə, gözüm qapıda qalır. Hərdən özüm-özümə deyirəm - bəlkə məni ölmüş bilirlər. Axı heç yandan səsim gəlmir, adım çəkilmir. Dərs dediyim illərdə, tələbələrim dörd tərəfimdə pərvanə olurdular. Ad günüm yetişəndə onlar tort, şirniyyatla evimə gəlirdilər. Artıq buna adət etmişdim. Diqqətləri həmişə üzərimdə olub. Amma zaman keçdi, mən tamamilə səhnədən, məktəbdən ayrıldım. Elə o vaxtdan bəri təklənməyə başladım.
- Bəs səhhətiniz gəzintiyə çıxmağa imkan verir?
- Yox. Bir müddət əvvəl yıxılıb ayağımı əzmişdim. Buna görə, uzun zaman yataqdan qalxa bilmədim. Ümumiyyətlə, hərəkətlərimdə problem var. Tək olanda yeriyə bilmirəm. Ayaqlarım sözümə baxmırdı, yıxılandan sonra vəziyyət daha da gərginləşib.
- Vaxtilə sizin quruluş verdiyiniz və nəsildən-nəsilə ötürülən rəqs nömrələrinin yanında bu gün adınız çəkilir?
- Hərdən çəkilir. Hərdən də efirə çıxan bəzi rəqqasların çıxışını dinlədikcə, qanım qaralır. Onlar yaxşı bilirlər ki, haqqında danışdıqları rəqslərin yaranmasında mənim zəhmətim danılmazdı. Amma bilərəkdən ad çəkmirlər.
- Siz də ad çəkməyəcəksiniz?
- Yox. İstəmirəm onların haqqında danışım. Mənim qiymətimi dövlət verib. Fəxri adım, "İstiqlal" ordenim var. 20-dən çox ölkədə rəqs sənətimizi təbliğ etmişəm. Bu mənə bəsdir.
- Dediniz maddi sıxıntınız yoxdur. Ehtiyaclarınızı necə ödəyirsiniz?
- Prezident təqaüdü alıram. Bu mənə bəs edir. Ara-bir dərmanlar qəbul edirəm. Bu da təbiidir. Yaşlanmışamsa səhhətimdə problemlərin olması normaldır. Amma yalandan deyim maddi sıxıntılar keçirirəm, bunu adıma sığışdırmaram. Çavanlığımda səhnələrə çıxırdım və pula ehtiyacım çox olurdu. Qazancım yaxşı idi, amma tələbatım bundan da yüksəkdə dururdu. Amma indi nə səhnə geyiminə, nə də başqa ehtiyaclarım var.
- Fəaliyyətdə olduğunuz hansı dövrlər üçün daha çox darıxırsınız?
- 30 il səhnədə rəqs etmişəm və hər bir il mənim üçün yadda qalan olub. Hindistanda mənə "Şiva rəqqasə" adı vermişdilər. Bu adı daşıyan sənətkarın yeri Hindistanda çox yüksəkdə olub. Əgər bu yaşımda orada olsaydım, şahzadə kimi yaşayardım. Hərdən oyunlarımı xatırlayıram. Rəqs oyunları arasında ən çox sevdiyim "Turacı" olub. Bu oyun mənim üçün bir başqa idi. Özümü başqa aləmdə hiss edirdim.
- Adətən rəqqasə səhnədə xoşbəxt, həmişə üzü gülən xanım kimi qəbul olunur. Həyatda necə insan olmusunuz?
- Səhnədəki üz cizgiləri, özünü təqdimat qaydası zamanla insanın xarakterinə də yansıyır. Həyatda səhnədəkindən də xoşbəxt olmuşam. Həm də çox çalışqan idim. Bütün uğurlarımı əziyyətlərimin hesabına qazanmışam. Gecələri cəmi 2-3 saat yatırdım, məşqləri tamamlayıb səhər onu tələbələrimlə bölüşürdüm. Əgər vaxtlı-vaxtında işimi yerinə yetirməsəydim, kim idi mənə xalq artisti adını verən. Heç bu zirvəyə çata bilməzdim.
- Milli rəqs sənətinin bu günkü durumunu necə xarakterizə edərdinz?
- Mən bu barədə çoxdandır ki, danışmaq istəmirəm. Çünki azadlıq çoxlarının əlinə fürsət verib. Bu gün milli geyimlə səhnəyə çıxan, sabah göbəyini, ətəyini açır. Belə halları sənətə yaraşdırmıram. Rəqqaslar daha çox Qərbin musiqisinə meyil göstərirlər, milli rəqsləri isə millilikdən çıxarırlar. Restoran, şadlıq evləri onları peşəkarlıqdan uzaqlaşdırır. Əgər peşəkar olsan, pul özü sənin ayaqlarına töküləcək. Amma gənclər bunu başa düşmək istəmirlər. Bilirəm ki, mənim deməyimlə heç nə dəyişən deyil. Ona görə də SUSURAM...
Xədicə
Milli.Az
Uyğun link:
Əfsanəvi rəqqasə Əminə Dilbazi vəfat etdi

DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı