Hər zaman xatırlanan böyük sənətkar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri - aktyor Hüseyn Ərəblinskinin anım günüdür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1881-ci ildə Bakı şəhərində doğulan Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada alıb. Gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi "Üçüncü rus-tatar" məktəbinə qəbul edilməsinə yardım edib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.
1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı "Müsibəti-Fəxrəddin" tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.
Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan "Nicat" Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.
Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski deyirdi: "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.
Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləyinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir".
Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü ilə müxtəlif fikirlər səslənsə də, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.
Ölümündən 102 il ötməsinə baxmayaraq, görkəmli sənətkar hər zaman böyük hörmət və ehtiramla xatırlanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
XƏBƏR LENTİ
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib
-
Gəmidə həlak olan azərbaycanlının qardaşı: "Ağır xəbəri dostu mənə çatdırdı" - YENİLƏNİB
-
Azərbaycan Maltaya qarşı - Start heyətlər - YENİLƏNİB
-
Oğuzda qəza - xəsarət alanlar var - FOTO
-
"Özümü 35 yaşında hiss edirəm"
-
Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
"Atam ölümündən əvvəl iki ağ geyimli varlıq gördüyünü deyirdi"
-
İranda 4,8 ballıq zəlzələ oldu
-
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı - YENİLƏNİB
-
Sürücüsüz taksi erası başlayır: Azərbaycanda qanunlar dəyişir
-
Azərbaycan millisi Macarıstana uduzdu
-
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Bakıda qadın sərnişin avtobusa hücum etdi - VİDEO





