Mədəniyyət

Anar Kərimov Atatürkün məzarı başında - FOTO

2 Mart 2021 11:12
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

Martın 1-də mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıt qəbri ziyarət ediblər.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Anıt qəbrin önünə əklil qoyulub, "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" deyən böyük öndər Atatürkün xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Cümhurbaşqanı Simfonik Orkestri (CSO) binasına gələn nümayəndə heyəti burada yeni konsert salonu ilə tanış olub.

Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Daha sonra A.Kərimov və nümayəndə heyətinin üzvləri Ankara şəhərindəki Heydər Əliyev parkını ziyarət ediblər.

Nümayəndə heyəti ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən keçirilən və mərhum səfir Fuad İsmayılovun xatirəsinə həsr olunan Azərbaycan-Türkiyə münasibətlərinə dair məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.