Mədəniyyət

Qarabağın tarixindən daha bir film çəkilir - VİDEO

17 Fevral 2021 13:29
Baxış: 1 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq yazıçısı İlyas Əfəndiyevin "Qarabağnamə" əsərinin motivləri əsasında bədii film çəkilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Film Akademiyasının istehsalı olan "Yox içində xarı bülbül" 12 seriyadan ibarətdir.

Ekran işində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyim Ağa və Qacar şahı Fətəli şah Qacardan bəhs olunur.

Layihənin adı isə Ağabəyim Ağanın yazdığı "Vətən bağı" şeirinin misrasından götürülüb. Filmdə baş obrazı Xalq artisti Pərviz Məmmədrzayev və Əməkdar artist Vəfa Zeynallı canlandırır. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zaur Tahirsoydur.

Filmin tezliklə premyerası baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.