Mədəniyyət

Səfurə İbrahimovanın cənazəsi “Təzə Pir” məscidinə aparılıb - FOTO

22 Dekabr 2020 11:24
Baxış: 6 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Səfurə İbrahimovanın cənazəsi evindən götürülərək "Təzə Pir" məscidinə aparılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Təzə Pir" məscidində dini ayinlərin icrasından sonra Səfurə  İbrahimova torpağa tapşırılacaq.

Qeyd edək ki, Səfurə İbrahimova dünən axşam saatlarında vəfat edib.

Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955-1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.

Səfurə İbrahimova "Sevil", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Tütək səsi", "Dərviş Parisi partladır", "Qaynana" və başqa filmlərdə yaratdığı bənzərsiz rolları ilə yaddaşlarda qalıb.

Allah rəhmət eləsin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.