Mədəniyyət

BMM muğam korifeyləri haqqında sənədli filmlərin çəkilişinə başlayır

21 Dekabr 2020 19:45
Baxış: 686
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Muğam Mərkəzi milli musiqininin, muğam fəlsəfəsinin  təbliğinə, araşdırılımasına və inkişaf prosesinə yönəldilmiş kreativ layihələrlə bərabər, elmi-kütləvi, sənədli filmlərin istehsalını da planlaşdırır. Ötən ildən BMM-nin rəhbərliyinin təşəbbüsü ilə mərkəzin foyesini bəzəyən büstlərin -mənəvi sərvətlərimizin hər biri haqqında sənədli filmin çəkilişlərinə start verilib. Layihənin ilk filmi tanınmış muğam ustası, Qarabağ, Gürcüstan eləcə də Yaxın Şərq ölkələrində adı dillər əzbəri olmuş Bülbülcana həsr edilib.  Filmin çəkilişləri Bakıda və Tbilisi şəhərində aparılıb. Dövrün ictimai- siyasi, sosial-mədəni mənzərəsini dürüst təsvir etmək , Bülbülcanın portret cizgilərini dolğun vermək üçün bədii oyun elementlərindən də istifadə edilib. Sənədli filmdə Tiflisin arxivlərindən, muzeylərindən  onun həyatına aid yeni materiallar, dövrün mənzərəsini əks etdirən qədim Şuşa, Tiflis və Bakıya aid fotolardan, sənədi kino-foto xronikalardan istifadə olunub.

Filmdə Bülbülcan rolunu Əməkdar artist Təyyar Bayramov canlandlrlb. Sənədli ekran əsərində Xalq artisti Arif Babayev, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Bülbülcanın nəslindən olan qohumlarının fikirləri yer alıb. 

Layihənin ideya müəllifi və bədii rəhbəri  Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, ssenari müəllifi Gülhüseyn Kazımlı və Hafiz İmamnəzərlidir.

Gürcü və azərbaycan dillərində təqdim olunacaq film pandemiyadan sonra tamaşaçıların ixtiyarına veriləcək. 
Qeyd edək ki, BMM elmi-tədqiqat xarakterli araşdırmalar sayəsində muğam korifeylərinin həyat və yaradıcılığına həsr edilən bədii gecələr təşkil edilir, kitablar nəşr olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.