Mədəniyyət

"Ermənilərin əlindən şərdən, böhtandan başqa heç nə gəlmir" - Afaq Bəşirqızı

14 Oktyabr 2020 16:49
Baxış: 1 454

Ermənilər hər zaman terrorçu olublar, ancaq çox təəssüf ki, dünyada bu millət hələ də öz layiqli adları ilə tanınmırlar. Onların əlindən şərdən, böhtandan, xəyanətdən başqa heç nə gəlmir. Ermənilər döyüş meydanında üzləşdikləri məğlubiyyətinin acığını dinc əhalidən çıxarırlar. Gəncə hadisəsi, onların etdikləri terror aktı buna sübutdur.

Milli.Az bildirir ki, bu barədə "ölkə.az"a xalq artisti Afaq Bəşirqızı oktyabrın 11-də ermənilərin Gəncədə törətdikləri qətliam haqqında danışarkən deyib:

"Əslində ermənilərdən bundan artıq hərəkət gözləmək qeyri-mümkündür. Ancaq çox təssüflər olsun ki, onların bu terrorizminə, insanlığa sığmayan hərəkətlərinə dünyanın bir çox dövlətləri susur. Ancaq Paşinyanın bir zənginə, yalvarışına o dəqiqə reaksiya verib, ultimatum verirlər. Ona görə biz indi ancaq öz gücümüzə arxayın olub, güvənməliyik. Biz Ali Baş Komandanımıza, ordumuza güvənirik. Xalqımız birlik nümayiş etdirərək, Prezident İlham Əliyevin ətrafında birləşib. Belə olduğu təqdirdə bizim iradəmizi heç nə qıra bilməz".

Xalq artisti ermənilərin yalan məlumatlar yayaraq, Azərbaycan xalqının içində təşviş yaratmaq cəhdlərindən də danışıb:

"Hazırda döyüşlər təkcə cəbhədə getmir, biz informasiya müharibəsinin də şahidi oluruq. İnternetə qadağa qoyulan gündən mən sıravi vətəndaş kimi buna əməl edirəm. Biz belə məsələlərdə də diqqətli olmayıq. Düşmən bu mövzuda da təbliğat aparır, yalandan məlumatlar yayaraq, içimizdə təşviş yaratmaq istəyir. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Düşmənin yaydığı videolara, yalan məlumatlara inanmamalıyıq. Hazırda televiziyalarımız çox gözəl təbliğat aparır, biz ancaq rəsmi məlumatlara inanmalıyıq. Düşmən Aprel döyüşlərində çəkilən videoları yayıb, milləti öz yalanlarına inandırmağa çalışır. İnsanlar bilməlidirlər ki, hazırda düşmən bütün cəbhələrdə hücuma hazırdır. Mən xalqımızı belə yalan məlumatlara inanmamağa çağırıram".

Azərbaycan xalqının haqq mübarizəsindən söhbət açan Afaq Bəşirqızı, vətən uğrunda canlarından keçən igid əsgərlərimizdən də danışıb:

"Bizim yolumuz haqq yoludur və öz torpaqlarımız uğrunda mübarizə aparırıq. Bizim onların ərazisinə iddiamız yoxdur, ancaq işğal olunmuş torpaqlarımızı təmizləyirik.  Hazırda şəhidlərmiz var, bu, müharibədir. Teatrımızdan 19 yaşlı balamız şəhid oldu. Anası dedi ki, mənim oğlum şəhidlik zirvəsini qazandı, şəhidlər ucadır, Vətən sağ olsun! Mən belə anaların qarşısında baş əyirəm".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.