Sumqayıt Dövlət Dram Teatrının 52-ci teatr mövsümünün virtual açılışı olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
C.Cabbarlı "Solğun çiçəklər", C. Məmmədquluzadə "Danabaç kəndinin əhvalatları" və Ə.Əmirli "Sevgilim Sumqayıt" əsərlərinin premyeraları ilə yadda qalan 51-ci mövsümün son 4 ayı məlum səbəbdən bütün teatrlarda olduğu kimi Sumqayıt Dövlət Dram Teatrında da bir neçə tamaşanın premyerası və məşqlərin aparılması mümkün olmamışdı. Koronavirus pandemiyası üzündən fəaliyyətini onlayn davam etdirən Sumqayıt Dövlət Dram Teatrı virtual repertuar tərtib edərək müxtəlif janrlı səhnə əsərləri ilə teatrsevərlərin zövqünü oxşaya bilmişdi.
Sənət ocağı COVİD-19 infeksiyası səbəbilə, 52-ci teatr mövsümünün açılışını da onlayn formada böyük dramaturq M.F. Azundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşası ilə reallaşdıracaq. Mövsüm açılışı 18 sentyabr saat 18:00-da baş tutacaq. Habelə sentyabr ayı üçün virtual repertuar planı təsdiq olunmuşdur. Belə ki tamaşaçılarımız sentyabr ayında Əli Əmirli "Sevgilim Sumqayıt", "20 ildən sonra", Cəfər Cabbarlı "Solğun çiçəklər", Con Qolsuorsi "Birincilər və Sonuncular" axşam və Abdulla Şaiq "Qaraca qız", Azərbaycan xalq nağılı "Məlikməmməd", Ərəb xalq nağılı "Əlibaba və qırx quldur" gündüz tamaşalarımızı onlayn izləyə biləcəklər.
Qeyd edək ki, məlum vəziyyətlə bağlı ötən mövsümdən yarımçıq qalmış tamaşaların - Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi Ə.Haqverdiyev "Xortdanın cəhənnəm məktubları", Əməkdar artist Namis Şirməmmədovun yozumunda Ü.Hacıbəyli "O olmasın, bu olsun", Fuad Kazımovun quruluşunda Ə.Haqverdiyev "Kimdir müqəssir", gənc rejissor Ümid Abbasın hazırladığı "Pələng"(Ülviyyə Heydərova) əsərlərinin onlayn məşqləri davam etdiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
XƏBƏR LENTİ
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək





