Mədəniyyət

Əməkdar artist: “Buna görə qorxuram”

26 Avqust 2020 11:39
Baxış: 3 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəvət olarsa, seriallarda mənə uyğun rola çəkilməyə razılıq verərəm. Amma hələ ki, belə bir dəvət almamışam.

Milli.Az bildirir ki, bunu yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Suğra Bağırzadə deyib.

Aktrisa seriallardan daha çox filmlərə çəkilmək istəyini dilə gətirib:

"Əvvəllər seriallara çəkilmişəm. Son vaxtlar dəvət almamışam. Yəqin rejissorları qane etmirəm. Mən ümumiyyətlə, heç bir rejissora filmə, ya seriala çəkilmək istəyimi demirəm. Dəvət alıram, ya qəbul edirəm, ya da etmirəm. Rolun mənə uyğun olub-olmaması çox önəmlidir. Filmə çəkilmək istərdim, çünki mənim üçün çox doğmadır. İlk dəfə "Ulduz" filmində Yetəri oynayanda 15 yaşım vardı. Amma indi o yaşdayam ki, ana, nənə obrazına çəkilə bilərəm. Son vaxtlar vaxtımı evdə keçirirəm. Bu gün hansısa serialda çəkilsəm, pandemiyaya görə gərək sosial məsafəni və digər qaydaları gözləyim. Amma bu, çəkiliş zamanı o qədər də asan olmayacaq. Buna görə də hələ ki, qorxuram, ehtiyat edirəm. Amma gələcəkdə təklif alsam, baxaram. Hələ ki, floristika ilə məşğulam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.