Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı aktyor: "...uğurlu izdivac olacaq" - MÜSAHİBƏ - FOTOSESSİYA
6 Dekabr 2011 09:30
0 Şərh
Baxış: 1 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmovun Milli.Az xəbər portalına müsahibəsi.
Dosye: Elşən Rüstəmov 1971-ci il yanvarın 22-də Masallıda dünyaya gəlib. 1990-95-ci illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bu vaxta qədər bu teatrın səhnəsində qoyulan tamaşalarda 60-dan çox müxtəlif xarakterli rollarda çıxış edib. Bundan savayı ardıcıl olaraq digər truppalara da dəvət olunur. Azərbaycan Televiziyasının dublyaj redaksiyasında çalışır. Kinoaktyor kimi isə filmoqrafiyasını böyük kinoda və televiziyada istehsal olunan "İtkin gəlin", "Nə gözəldir bu dünya", "Özgə vaxt", "Günaydın, mələyim", "Məhkumların cənnəti", "İstanbul reysi" və s. kimi filmlərdə canlandırdığı fərqli obrazlarla zənginləşdirib.
"...yəqin ki, uğurlu izdivac olacaq"
- Bir neçə il əvvəl sizdən müsahibə alanda demişdiniz ki, həm ürəyimin sözünə qulaq asıram, həm ağlımın, amma daha çox ağlım deyən olur. Dəyişməmisiniz ki bu illər ərzində? "Urək heç vaxt aldatmır" fikrini birmənalı şəkildə qəbul etməyi nəzərdə tuturam.
- Demək olmaz ki, tamamilə ağıllıyam. Bəzən ürək üstün gəlir, bəzən ağıl. Çalışıram ki, hər ikisinin tarazlığı olsun. Son vaxtlar bu paralellik daha tez-tez alınır.
- Bu günlərdə premyerası baş tutmuş "Xanuma" tamaşasında (baş rolda xalq artisti Bəsti Cəfərova - red.) ifa etdiyiniz Niko obrazının xarakterində də bu tarazlıq görünür.
- Bəli, müəyyən mənada Niko bu cür insandır. Amma o, inanırdı ki, ağlının gücü ilə hərəkət edir. Sonra isə sevgisini tapdı. Qəlbi ağlını üstələdi, o, sevdi. Bu dəfə qəlbi onu idarə elədi. Deməli, qəlbin də səsinə qulaq asmaq lazımdı. Niko qəlbinin səsini dinləməsəydi, həyatında dönüş yaranmazdı. Düzdür, bilmək olmaz ki, onun Xanuma ilə evlənməsi nə ilə nəticələnəcək...
- Belə görünür ki, yaxşı olacaq.
- Elədi, yəqin ki, uğurlu izdivac olacaq.
"Aktyor onda çox sayda rol almağın marağnda olar ki..."
- Bu, sizin Akademik Milli Dram Teatrının səhnəsində canlandırdığınız, səhv eləmirəmsə, artıq dördüncü obrazdır.
- Bəli. "Hamlet"də Laert, "On ikinci gecə"də Hersoq, "Kabuslar"da məşuq Alfredodan sonra Niko hələlik bu teatrda aldığım dördüncü roldur.
- "Azdrama"nın truppasına birdəfəlik daxil olmaq perspektivi yoxdur ki?
- Məni elə bu cür işləmək də qane edir. Düzdür, iki teatrın repertuarını uzlaşdırmaq bəzən çətin olur. Amma Gənc Tamaşaçılar Teatrı ilə vidalaşmaq istəməzdim, ora mənimçün doğmadı, fəaliyyətə o səhnədə başlamışam.
- Müqavilə sisteminin tətbiqinə başlananda belə iş prinsipinin azsaylı tərəfdarlarından biri siz oldunuz.
- Düzdür. Onun tərəfdarıyam ki, aktyor iki ay bir teatrda çalışsın, iki ay başqa bir teatrda. Amma bunun maddi tərəfi də olmalıdı. Yəni əgər bir aktyoru ardıcıl şəkildə müxtəlif teatrlara dəvət edirlərsə, deməli, nəsə var. Aktyor onda çox sayda rol almağın marağında olar ki, ödəniş də buna uyğun olsun, sabit məvaciblə isə belə işləmək düz gəlmir. Hər halda, belə olmamalıdır.
"...bu həvəsi içimdə dəfn etmişəm"
- Əcnəbi rejissorlardan da tez-tez təklif alırsınız?
- Bəli, 5-6 il əvvəl Rusiyanın iki telekanalında istehsal olunan filmlərdə çəkildim - REN TV-nin "Студенты интернешнл" serialında, bir də NTV-nin "Jurnalist" çoxseriyalı filmində. Onu da deyim ki, "Jurnalist" filmində baş rolllardan birini Fuad Poladov canlandırıb. REN TV-də məni Ramiz Fətəliyev təqdim eləmişdi. Ruslar bizim aktyorlarla işləməkdən böyük zövq aldıqlarını deyirdilər. Bu yaxınlarda isə Jerar Depardyenin iştirakilə Azərbaycan mətbəxinə aid çəkilən reklam çarxının da iştirakçısı oldum.
- Yeri gəlmişkən, Fuad Poladov kütləvi-informasiya vasitələrinə açıqlamasında sizin haqqınızda çox yüksək fikirdə olduğunu bildirmişdi.
- O cür böyük aktyorun mənim kimi kiçik aktyor haqqında belə yüksək fikirdə olması, özü də bunu etiraf etməsi böyük işdi. Bu, artıq nəsə deməkdir. Belə sözdən sonra pis oynamaq olmur, istər-istəməz çalışırsan ki, istedadını, bacarığını səfərbər edəsən. Fuad Poladovla kinodan başqa iki tamaşada da tərəf-müqabili olmuşuq - onun baş rolları ifa etdiyi "Hamlet"də, bir də "Afinalı Timon"da. Əvəzsiz tərəf-müqabilidi. Yeri düşdükcə məsləhətlər verir, həmkarları rolu yaxşı ifa edəndə ürəkdən sevindiyini gizlətmir.
- Vaxtilə Ramiz Rövşənin sözlərinə 15-ə yaxın mahnı qoşmuşdunuz. Davam eləyirsiniz bu işi?
- (ah çəkərək) Evlənəndən sonra bu işlə məşğul olmağa macal tapmıram, pis çıxmasın, bu həvəsi içimdə dəfn etmişəm. Ailə həyatının qaçhaqaçı belə işlərə mane olur. Təəssüf ki, bizdə belədir - istirahətimiz yoxdur. Bircə gün qaçmasan, dərhal dolanışığa təsir edir.
- Bəs həmin mahnıları hələ də dost-tanışlarınızdan savayı eşidən olmayıb?
- Demək olar ki, yox. Təkcə bir dəfə Gənc Tamaşaçılar Teatrında qoyulan "Qaraca qız" tamaşasında istifadə elədim. O tamaşada iştirak eləməkdən əlavə musiqi tərtibatını da mən vermişdim. Mahnılarımdan birini də elə orda oxudum. (birdən-birə qətiyyətlə) Amma bu işi davam etdirmək fikrim var. Ola bilər mahnılarımı yazdırdım da.
"İnsanlara inanmamağı öyrənməmişəm"
- Deməli, öz istədiyiniz kimi yaşamaq alınmır?
- 15-20 il əvvəl alınırdı. Məntiqlə ağıllı adamlar yaşları artdıqca az qaçıb, çox qazanmalıdır. Xaricdə belədir. (özünəməxsus istehza ilə) Görünür, ya mən o qədər də ağıllı deyiləm, ya da cəmiyyətimiz belə qurulub... öz istədiyim kimi yaşamaq mənim arzumdur. Yollarını axtarıram. Amma hələ ki mümkün olmur, qaçhaqaç imkan vermir.
- Üstəlik seriallara da çəkilirsiniz. Məsələn, hazırda nümayişlənən "Qaranlıqlar çiçəyi" serialında. Görünür, münasibətiniz yaxşıdır bu janra?
- Bəli, seriallara münasibətim yaxşıdır. Bilirsiz, 20 il əvvəl Braziliya serialları bizim tamaşaçılar üçün maraqlı idi, amma indi artıq bu maraq o dərəcədə deyil. Ona görə öz seriallarımız çəkilsə yaxşıdı. Yaxşı serial qoy çəkilsin. Qoy özümüzünkü olsun. Onda inkişaf da olacaq.
- İnsanlara etibar eləmək xasiyyətiniz sizi hələ aldatmayıb ki?
- Mən həmişə insanlara etibar eləmişəm. Başqa cür bacarmıram. İnsanlara inanmamağı öyrənməmişəm (yarızarafat, yarıciddi). Hətta bunu təbliğ edirəm. Yox, hələ ki aldanmamışam. Xırda aldanışlar olub. Məsələn, birinci maşınımı alanda satan dedi ki, əla vəziyyətdədir, heç bir problemi yoxdur. Mənim də maşından başım çıxmır, inandım ona. Sən demə, o maşının ciddi problemləri var imiş. Amma mən belə hadisələri xırda, məişət aldanışları hesab edirəm. Böyük mənada isə insanlarda yanıldığım olmayıb.
Samirə Behbudqızı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO
XƏBƏR LENTİ
-
7 addımda soyuducu təmizləməyin sirləri
-
Vyetnamın "VinFast" brendi yeni "VF 8" modelini təqdim etdi: qiyməti düşdü - FOTO
-
Yazda necə qidalanmaq lazımdır?
-
Mayın sonuna qədər sərvət qazanacaq BÜRCLƏR
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb