11 yaşlı Ləman Seyidova Cenevrə konservatoriyasının tələbəsi oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənc və istedadlı uşaqların dəstəklənməsi, onların inkişafına şəraitin yaradılması istiqamətində durmadan fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi musiqi və incəsənət məktəblərində, həmçinin tabeliyində olan digər mədəniyyət müəssisələrində onları daim diqqət mərkəzində saxlayır, yerli və beynəlxalq müsabiqələrdə özlərini sınamaqla, şəxsiyyət kimi formalaşmasına şərait yaradır.
Baş idarənin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ləman Seyidova da belə istedadlardandır. Əməkdar müəllim Kamilla Əmirovanı tələbəsi Ləmanın cəmi 11 yaşı olsa da, o, artıq yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar nəticəsində ustad fortepiano ifaçılarının diqqət mərkəzindədir. 2018 və 2019-cu illərdə İtaliya və Rusiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Sergey Milşteyn gənc pianoçumuzun fortepiano hazırlığını, səs üzərində işini, çıxışını və musiqiyə qəlbən bağlılığını yüksək qiymətləndirərək 11 yaşlı gənc pianoçunu Cenevrə Konservatoriyasında (İsveçrə) təhsil almağa dəvət edib.
Hazırda Cenevrə Konservatoriyasında təhsilini davam etdirən 11 yaşlı Ləman 2016-cı ildə Türkiyədə "Mozart Academy" Pianoçuların II Beynəlxalq müsabiqəsində (III yer), 2017-ci ilin mart ayında Almaniyanın Köln şəhərində keçirilən "ClaviCologne" Beynəlxalq müsabiqəsində (II yer), Avstriyanın Vyana şəhərində "Edelweiss" Pianoçuların II Beynəlxalq müsabiqəsində (Qran-Pri), 2018-ci ildə "Piano Talents" (İtalya, Milan) və "Premio Citta Di Padova" (Padova, İtaliya) Beynəlxalq müsabiqələrində (I yer), İqumnov adına Gənc Pianoçuların XI (Lipetsk, Rusiya) və Sezar Frank adına Beynəlxalq müsabiqələrində (Belçika) (II yer), 10-15 yanvar 2020-ci il tarixlərində Milanda (İtalya) baş tutan Gənc Pianoçuların Bethoven müsabiqəsində dörd mərhələni uğurla keçərək diplom və pul mükafatına layiq görülüb.
2018-ci ilin aprel ayında Ləman Seyidova musiqi məktəbində solo konserti ilə çıxış edib. Dünya miqyasında tanınmış pianoçuların keçirdiyi ustad dərslərində iştirak edərək yüksək ballar toplayıb.
Gənc istedad Ləman Seyidovaya Cenevrə Konservatoriyasında təhsilində uğurlar arzulayırıq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
XƏBƏR LENTİ
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)





