Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan "Mübariz" operasının premyerası keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə 20 Yanvar gecəsinə həsr olunan rəsm sərgisi də nümayiş etdirilib.
Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Operada baş rollarda Əməkdar artistlər Ramil Qasımov, Cahangir Qurbanov, Tural Ağasiyev, həmçinin Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə və Aydan Həsənova çıxış ediblər. Səhnə əsərinin quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur.
Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edib. Tamaşaçılar mübarizliyə səsləyən operanı həvəslə seyr edib, tədbirdən
xoş xatirələrlə ayrılıblar. Zalda opera boyu hökm sürən ruh yüksəkliyi, ara verməyən gurultulu alqışlar, sonda aktyor və bütün tamaşaçılar tərəfindən yekdilliklə səslənən "Azərbaycan, Azərbaycan" nidaları xalqımızın vətənpərvərliyini, şəhidlərə əbədi ehtiramını bir daha sübut etdi. Şübhəsiz ki, "Mübariz" operası klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun, sarsılmaz mübarizə əzminin formalaşdırılmasında da mühüm rol oynayacaq.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
-
Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
XƏBƏR LENTİ
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
-
"Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu" - Kamaləddin Qafarov
-
Şüvəlanda it 2 nəfərə hücum etdi





