Qalib gəlmək üçün müəyyən gediş etməyin zamanıdır - "Blitz Couture"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESCO Bakı şəhərini "Yaradıcı şəhərlər şəbəkəsi"ndə "dizayn" tematikası üzrə siyahıya daxil edib.
Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi art dizayn üzrə təşəbbüsləri dəstəkləmək və inkişaf etdirmək üzrə fəaliyyətini bir qədər də genişləndirib. Ənənə ilə müasirliyi birləşdirən, uşaq və yeniyetmələri hədəfə alan yeni təşəbbüs isə "Blitz Couture"dan gəlir. Milli keyfiyyətləri özündə birləşdirib, ölkəmizin hüdudlarından kənarda Azərbaycan dizayn və tekstil ənənələrini davam etdirmək istəyi ilə fəaliyyətə başlayan "Blitz Couture"un ideya olaraq yaranma tarixçəsinə nəzər salaq.
Beləliklə, hər biri bir çiçək olan, ailələrin şahzadələri - gül balalar üçün nəzərdə tutulan yeni geyim brendi - "Blitz couture" ilə tanış olun!
Hər şey sadə dialoqdan başladı...
А.: Çoxdandır ki, bir ideyamı gerçəkləşdirmək istəyirəm! Ancaq özüm edə bilmirəm, çünki mənə bunun üçün dizayner lazımdır. Ümumiyyətlə, mən dəb sənayesi üzrə dizayner axtarıram.
S.: Dizayner qarşında oturduğu halda, dizayner niyə axtarırsan?
Beləliklə yeni brendin - uşaq geyimi xəttinin yaradılması ideyası iki rəfiqənin - Arzu Vaqifqızı ilə Səbinə Zülalovanın arasında başlanan bu adi söhbətdən qaynaqlandı. Bu adi xətt deyil, ən intellektual və pərəstiş edilən oyunlardan birinin dəb aləmi ilə bağlanması ideyasının həyata keçirilməsidir. Oyun isə şahmatdır, həmyerlilərimizin dəfələrlə böyük ustalıq nümayiş etdirdikləri, əlbəttə ki, uşaq və yeniyetmələrin də çox böyük maraq göstərdikləri idman növüdür. Bu oyunun fiqurları brendin yaradıcılarını həvəsləndirdi və onlar At fiquru üzərində dayanmaq qərarına gəldilər ki, bu da çox rəmzidir: "At - muraddır" deyib babalarımız, Azərbaycanın Qarabağ atları isə dünyaca məşhurdurlar. Beləliklə, onlar "Blitz couture", yəni qısa oyun, qısa zaman ərzində lazımi gedişi etmək kimi gözəl ad altında səyləri birləşdirib işləməyə başladılar. Ad da çox rəmzidir, çünki uşaqlar bəzən nəticələr haqda düşünmədən, bədahətən addım atırlar ki, bu da əksər hallarda düzgün gediş olur.
Eskizlər, parçaların seçimi, tikiş, detallar - bütün bunlar çox vaxt aparır, lakin artıq bu gün onlar bir neçə hazır geyim və xanımların necə həvəslənərək bu gözəl işləri yaratdıqlarını əks etdirən videoçarxı təqdim edirlər. İstedadlı xanımların fəaliyyətləri şəhərimizdə və onun hüdudlarından kənarda çoxdan tanınır, biz onların müştərək yaradıcılığını böyük məmnuniyyətlə izləyəcək və tam kolleksiyanın ilk defiləsini səbrsizliklə gözləyəcəyik.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
XƏBƏR LENTİ
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)





