Mədəniyyət

Bakı və Moskva şəhərləri arasında sıx əməkdaşlığa dair şifahi razılaşma əldə olundu

20 Dekabr 2019 19:09
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfərə gedib.

Milli.Az xəbər verir ki, Baş İdarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-u səfər çərçivəsində "Vdoxnoveniye" Mədəniyyət Mərkəzini, A.K.Lyadov adına uşaq musiqi məktəbini, həmçinin Krasnopresneno İncəsənət məktəbini ziyarət edib.  

Keçirilən görüşlər zamanı mədəniyyət müəssisələrinin idarəetməsi sahəsində təcrübə mübadiləsi, yeniliklərin tətbiqi, metodologiyalarla paylaşılma üzrə sıx əməkdaşlığa dair şifahi razılaşmalar əldə olunub. 

Baş İdarənin nümayəndə heyətinin Moskvaya rəsmi səfəri davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.