Mədəniyyət

"Unudulmayanlar" layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Əbülfət Əliyevə həsr olunacaq

17 Dekabr 2019 19:09
1 Şərh     Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 20-si saat 19:00-da  BMM-nin "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, xanəndə Əbülfət Əliyevin xatirəsi yad ediləcək.

Milli.Az xəbər verir ki, Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlar arasında mahir xanəndə Əbülfət Əliyevin məxsusi yeri var. Həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub.

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.
Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Ərtaflı məlumat üçün BMM-nin Facebbok və İnstagram səhifələrini izləyin. Informasiya dəstəyi  Mədəniyyət  kanalı və Asan radiodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.