“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları "Nəsimi ili" çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı "Şahxəndan" qəbiristanlığında epiqrafik tədqiqatlara başlayıb.
İnstitutdan Trend-ə verilən məlumata görə, "Numizmatika və Epiqrafika" şöbəsinin müdiri, arxeoloq Akif Quliyev və aparıcı elmi işçi Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılıb və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılıb.
Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsindəki çatmatağlı qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalıb:
"Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb. Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 m, baş daşları isə 1,78x0,43x0,18 m ölçüsündə olub, üzərilərinə ərəb dilinin süls elementli nəsx xəttilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın "Bəqərə" surəsinin 255-256-cı ayələri olan "Ayətül-kürsi" həkk olunub. Digər sənduqədə isə yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq".
Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin bildirdiyinə görə, qəbiristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) (o, "Julidəmuy" - farsca "dağınıqsaçlı" ləqəbi ilə məşhur idi) qardaşı Seyid İmadəddin Nəsimi (1360-1417) ilə birlikdə Şamaxıda "Məclis-əş-Şüəra" adlanan poeziya və musiqi həvəskarları məclisini qurub. Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə edib:
"Tədqiqatçılara görə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir. Şahi Xəndan Nəsiminin "kəşfi-əsrar" etdiyindən xəbərdar olduqda, qardaşını ehtiyyatlı olmağını bildirərək bu beyti göndərib:
Gəl, bu sirri kimsəyə faş eyləmə,
Xani-xası amməyə aş eyləmə,
Həmçinin, görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) məzarı da "Şahxəndan" qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:
Mən öləndə Şahxəndanda basdırın,
Çünki onun Şahidi-Xəndanı var".
Hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir





