Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, okytabrın 8-də Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ikinci Azərbaycan xalq mahnıları festivalının açılış mərasimi olub.
Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının layihəsi olan festival Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilir.
Açılış mərasimində çıxış edən festivalın bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov diqqətə çatdırdı ki, "Azərbaycan xalq mahnıları" festivalı artıq ikinci ildir keçirilir. Ümumilikdə ölkəmizdə hər zaman iri miqyaslı tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Bütün bu nailiyyətlərin, uğurların arxasında dövlətimizin qayğısı durur. Onu da qeyd etməliyik ki, bu gün ölkəmizin milli incilərinin, milli folklor musiqimizin təbliğatı istiqamətində ölkəmizin birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə bu milli sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur. Təşkil etdiyimiz bu festivalda, xalq mahnılarımızın nə qədər zəngin kökə malik olduğunun bir daha şahidi oluruq.
Daha sonra festivalın ilk konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri (bədii rəhbər Xalq artisti Adil Bağırov) ansamblının müşayiəti ilə zamanın axınından süzülüb gələn, dildən -dilə , könüldən -könülə hoparaq bu günümüzdə də sevilən xalq mahnılarımızı Xalq artistləri Teymur Mustafayev, Zabit Nəbizadə, Əməkdar artistlər Təhmiraz Şirinov, Gülüstan Əliyeva, Bəsti Sevdiyeva, Sevinc Sarıyeva və digər sevilən ifaçılar təqdim etdilər. Mövzu və məzmun müxtəlifliyi, musiqi və poetikliyi ilə bir-birindən rəngarəng repertuar tamaşaçıların alqış sədaları ilə mükafatlandırıldı.
Qeyd edək ki, Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir. Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.
Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində oktyabrın 10-da festivalın növbəti konsertini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri təqdim edəcəklər. Beynəlxalq Muğam Mərkəzində günorta saatlarında universitetin tələbə və müəllim heyəti "Apardı sellər Saranı", " Yar bizə qonaq gələcək", "Aşıqəm kimə yalvarım" , "Gör nə məlahətlisən" deyib, məlahətli ifaları ilə könülləri xoş edəcəklər. 12 oktyabr saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində AMK nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında xalq mahnıları, saat 19:00-da isə instrumental ifada xalq mahnıları konsertində tanınmış sənətkarlar, xalq artistləri olan instrumental ifaçılarımızın çıxışları olacaq. Festivalın bağlanış mərasimində 13 oktyabr saat 19:00-da isə BMM səhnəsində "Muğam Televiziya Müsabiqəsinin" laureatları olan gənc xanəndələrin ifası təqdim ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"





