Mədəniyyət

Nisə Qasımovadan sevənlərinə ŞAD XƏBƏR

24 Yanvar 2019 16:00
Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ilin aprel ayında Heydər Əliyev Sarayında Xalq artisti Nisə Qasımovanın solo konsertinin keçirilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, konsert proqramında Nisə Qasımova repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən "Sənsən həyatım", "Gözləyəcəm", "Eşqimə sönməyə qoymaram", "Qəşəngdir", "Sədaqətim var", "Yalvarıram", "Qayıtdım", "Azərbaycan qızıyam" və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını səsləndirəcək. Müğənni konsertdə həmçinin dünya xalqlarının mahnılarını ifa edəcək.

Möhtəşəm konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-21-31

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.