Cəmiyyət

Pianodan Kabinetə: Leyla Quliyeva direktor təyin edildi

14 May 2025 09:36
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.