Venerada həyat var? - Bu planetdə yaşamaq mümkün ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzaq planetlərdə həyat ehtimalı elmi maraq dairəsinin əsas mövzularından biri olaraq qalır. Bu baxımdan Venera əvvəllər həyat üçün əlverişsiz hesab edilsə də, yeni tədqiqatlar onun atmosferində bioloji aktivliyə işarə edən izlər ola biləcəyini ortaya qoyur.
Milli.Az xəbər verir ki, son elmi araşdırmaların nəticələrinə görə, Veneranın qalın və zəhərli atmosferində həyatın başlanğıcı üçün önəmli ola biləcək bir molekul peptid nuklein turşusu mövcud ola bilər. Bu molekul struktur baxımından DNT-yə bənzəyir və maraqlıdır ki, otaq temperaturunda, təxminən iki həftə ərzində 98 faizli kükürd turşusu kimi sərt mühitdə belə öz sabitliyini qoruya bilir.
Bu araşdırma Polşa, Böyük Britaniya və ABŞ-dən olan bir qrup tədqiqatçı tərəfindən həyata keçirilib. Mütəxəssislərin fikrincə, Yer üzündəki canlı orqanizmlərin yaşaması üçün su əsas şərtdirsə, Veneradakı mümkün həyat formaları üçün bu funksiyanı yüksək konsentrasiyalı kükürd turşusu yerinə yetirə bilər. Polşalı biokimyaçı Yanuş Yurand Pentkovski bildirib ki, bu günə qədərki ümumi fikir belə idi: kükürd turşusu kimi güclü turşular bütün üzvi maddələri parçalayır və onların yaşamasına imkan vermir. Ancaq aparılan təcrübələr bunun tam əksi olduğunu göstərdi - bəzi molekullar bu sərt mühitə tab gətirə bilir.
Bu tapıntı əvvəllər Venera atmosferində aşkarlanmış fosfin və ammonyak kimi bir sıra maddələrin bioloji proseslərlə əlaqələndirilə biləcəyi barədə irəli sürülmüş hipotezləri gücləndirir. Son tədqiqat bu fərziyyələri molekulyar səviyyədə əsaslandırmağa çalışır.
Lakin araşdırma göstərib ki, peptid nuklein turşusu 50°C-dən yüksək temperaturlarda artıq sabitliyini itirir. Halbuki Veneranın buludlu qatlarında temperatur 0°C-dən 100°C-yə qədər dəyişə bilir.
Hazırda alimlərin əsas məqsədi bu temperaturlarda sabit qala bilən və alternativ həyat formalarında genetik informasiya daşıyıcısı kimi çıxış edə biləcək yeni bir polimer növü üzərində işləməkdir, yəni "Yer mənşəli olmayan həyatın DNT-si" funksiyasını yerinə yetirə biləcək molekulun yaradılmasdır.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
XƏBƏR LENTİ
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)





