Şou-biznes

Yenə finala çıxa bilmədik - FOTO

14 May 2025 09:07
Baxış: 1 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Avroviziya - 2025"in ilk yarımfinal mərhələsi keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Mamagama" qrupu müsabiqənin ilk yarımfinal mərhələsini adlaya bilməyib.

Qeyd edək ki, Azərbaycan 10 nömrə altında çıxış edib.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

--------

19:44

Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Milli.Az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar "Run with you" mahnısını ifa edəcəklər.

Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar. Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.

Müsabiqə yerli saatla 23:00-da başlayır.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.