Mədəniyyət

MEMİM tanınmış İtalyan pianoçu ilə ustad dərsi təşkil edəcək

13 May 2025 15:32
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçiriləcək. 

Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş ustad dərsi, cari ilin 16 may tarixində Üzeyir bəyin ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılacaq.

Ustad dərsinin əsas məqsədi incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.

Tarix: 16.05.2025
Saat: 12:00 

Məkan: Üzeyir Hacıbəylinin ev-muzeyi

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.