Şou-biznes

Azərbaycanlı aparıcı onları polisə verdi - FOTO

13 May 2025 18:12
Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Teleaparıcı Jalə Həsənlinin başına iş gəlib.

Milli.Az xəbər verir ki, o, dələduzluqla üzləşib.

Polisə müraciət edən aparıcı adına saxta profil açıldığını bildirib:

"Bu yaxınlarda TikTok platformasında Rəsulun qarşısına belə bir səhifə çıxdı. Adıma bu kimi "fan" səhifələrin açıldığı olub, amma hər birinin qarşısında "fan" olduğu mütləq vurğulanıb. Bu səhifədə olmaması diqqətimizi çəkdi. Rəyləri oxumağa başladıq, məlum oldu ki, hesabı işlədən şəxs rəylərdə özünü Jalə Həsənli kimi təqdim edir, pul qarşılığında reklam təklifləri alır, insanlara rəylərdə mənim adımdan mənə xas olmayan tərzdə cavab yazır. Öz hesabımdan (rəylərə Rəsulun telefonundan baxırdıq) səhifəyə mesaj yazmaq  istədim, baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb.  İşgüzar nüfuzuma zərər vurduğuna görə "Jalə Həsənli"nin tapılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etdik. "Kim olduğumu haradan tapacaqlar?" deyib, adıma səhifə açan, pul qarşılığında reklam təklifləri qəbul edən həmin şəxsi qısa müddətdə araşdırma nəticəsində Azərbaycan polisi tapdı. Kimliyi müəyyənləşdirildi, məlum oldu ki, "Jalə Həsənli" gənc bir oğlan imiş. Saxta səhifə silindi, şəxsin haqqında qanunauyğun tədbirlər görüldü.

Dələduzluğa, dezinformasiyaya qarşı mübarizə apardığımız bu ərəfədə sizi adımdan yazılan hər hansı bir məlumata, informasiyaya inanmamağa çağırıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.