Çin maşınları "Mercedes-Benz"i çökdürür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın nəhəng avtomobil istehsalçıları Mercedes-Benz, BMW və Volkswagen bu ilin ilk rübündə kəskin mənfəət itkisi ilə üzləşib. Çin bazarındakı satışların azalması, xərclərin artması və ABŞ-ın yeni gömrük vergiləri bu geriləməyə səbəb olub.
Milli.Az xəbər verir ki, Mercedes-Benz-in mənfəəti 40,7 faiz, BMW-ninki 25,2 faiz, Volkswagen-in isə 37 faiz azalıb. Alman avtomobil mütəxəssisi Ferdinand Dudenhöffer bildirib ki, əsas səbəb Çin bazarındakı zəifləmələrdir. O deyib ki, Alman markaları Çin şirkətləri ilə əməkdaşlıq və texnologiya yatırımları sayəsində 2026-cı ildən etibarən yenidən yüksəlişə keçə bilər.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faiz əlavə gömrük vergisi Alman istehsalçılarını daha da sıxışdırır. Bu vəziyyət Alman şirkətlərinin diqqətini Asiya bazarına yönəldə bilər.
Alman avtomobil sənayesini həm də elektrikli maşınlara keçidin yaratdığı yüksək xərclər, proqram problemləri və tez-tez olan geri çağırmalar sıxır. Çıxış yolu kimi kütləvi ixtisarlar və başqa qənaət tədbirləri gündəmdədir.
Çində bir avtomobil üçün işçilik xərci təxminən 600 dollar, Almaniyada isə bu rəqəm 3.300 dollara qədərdir. Bu fərq Alman şirkətlərinin qlobal rəqabətdə vəziyyətini ağırlaşdırır.
Avtomobil sektoru Almaniya üçün hələ də həyati önəm daşıyır: ölkə iqtisadiyyatının 5 faizi, sənaye iş yerlərinin 14 faizi bu sahəyə bağlıdır. Sektorun illik ixracı 290 milyard avro təşkil edir və bu da Almaniyanın ümumi ixracının 17 faizinə bərabərdir.
Çində isə vəziyyət Almanlar üçün daha da çətinləşib. BYD, Nio və Geely kimi yerli brendlər bazara tam nəzarəti ələ almağa başlayıblar. Çin istehsalı olan ucuz və subsidiyalı elektrikli maşınların Avropaya axını isə Alman avtomobil sənayesi üçün daha böyük və uzunmüddətli təhlükə yaradır.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı





