İllər sonra Azərbaycana gələn aparıcı Gülnarə Məmmədova həyat yoldaşından ayrılması ilə bağlı yayılan şayiələrdən danışıb.
Milli.Az xəbər verir ki, aparıcı bu məlumatı təkzib edib.
Gülnarə bildirib ki, o həyat yoldaşı və övladı ilə Azərbaycana gəlib.
Aparıcı qeyd edib ki, həyat yoldaşı ilə ayırlmayıb, hətta onun həyat yoldaşı Özgürün işini Azərbaycana köçürmək planı var.
Xatırladaq ki, Gülnarə 2015-ci ildə Özgür adlı iş adamı ilə ailə quraraq Türkiyəyə köçüb. Həmin vaxt aparıcı keçmiş ANS televiziyasında çalışırdı. Cütlüyün 3 yaşında Mirac adlı övladı var.
Gülnarə ötən ilin dekabrında Azərbaycana gəlib. (baku.ws)
Milli.Az