Ölkə

Xanım Nəsirovanı "Audi" vurdu - Avtobusdan düşdüyü an... - FOTO

14 May 2025 09:20
Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini 1976-cı il təvəllüdlü Xanım Nəsirova avtobusdan düşüb yolu  keçmək istəyərkən "Audi" markalı minik avtomobili tərəfindən vurulub.

X.Nəsirova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Daha sonra həkimlərin qərarı ilə Bakıya yola salınan yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.