Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-da "Həftəsonu qiraət": Min dəfə doğuldum, var olammadım
4 Aprel 2010 14:31
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.
İlham pərisi
İlham pərisinin sözüm beyninə
Batmayıb - ilhamım gəlməyib hələ.
Qəlbim tilovunu sonsuz ümmana
Atmayıb - ilhamım gəlməyib hələ.
İnanmır sözümə mənalı gözlər,
Yeyib inamını yalançı düzlər.
Dünyaya gəlməyi gözləyən sözlər
Yatmayıb - ilhamım gəlməyib hələ.
Kim bais, kim düçar qana-qadaya?
Göylər də dikəlmir səsə-sədaya.
Bir adsız ruzigar tənha adaya
Atmayıb - ilhamım gəlməyib hələ.
Şeirsiz itirib qələm xəttini.
Atılmış taleyi əyib qəddini.
Kiçicik ordum da üsyan həddini
Adlayıb - ilhamım gəlməyib hələ.
Sanma unutmuşam daha sevgimi,
Yenə qəlbimdəsən mələyim kimi.
Söz axan yerlər də ürəyim kimi
Çatlayıb - ilhamım gəlməyib hələ.
Kiminin qəlbində talan var-yoxu,
Kiminin qəlbində yalan var-yoxu.
Vicdansız vicdandan qalan var-yoxu
Satmayıb - ilhamım gəlməyib hələ.
Çox dərdsiz dərd verir öz ailəsinə,
Yalan damğalayır düz ailəsinə.
Rəbbim sözlərimi söz ailəsinə
Qatmayıb - ilhamım gəlməyib hələ.
Etiraf
Mən nələr itirdim, nələr qazandım,
Sevdim, sevdiyimə yar olammadım.
Min dəfə doğuldum, öldüm, oyandım
Yoxluqdan yarandım, var olammadım.
Gah doğru yaşadım, gah xəyal bildim.
Gah axdım gözündən, gah yaşı sildim.
Cənnət bağçasına toxum səpildim,
Yarın süfrəsində bar olammadım.
Kimsələr anlarmı dərd əlacımdan?
Qovuldum yurdumdan, taxtı-tacımdan.
Çox ümid asıldı bəxt ağacımdan,
Dərdimi asacaq dar olammadım.
Nə hallar yaşadım bu can içində,
Bəslədim eşqimi fəğan içində.
O Məşuq ağlayır hicran içində,
Bir Aşiq qəlbinə qor olammadım.
Üzüldüm həsrətə məkr edənlərə,
Acıdım vüsala şükr edənlərə.
Üsyanım adını zikr edənlərə,
İsmini gizləyən sirr olammadım.
İtirdim yolumu eşqə dalanda,
Gah yerə düşəndə, gah ucalanda.
O dərdli könüldən ah ucalanda
Sənə qovuşmağa zar olammadım.
Ey həsrət çəkdiyim, gülümsə barı,
Verdim əllərinə küll ixtiyarı.
Mən Sultan mülkünün sonsuz diyarı,
Tək sənin keçdiyin yer olammadım.
Yumanda gözünü sən qafil kimi
Yayıldım zülfünə xəfif yel kimi.
Aləmi titrətdim İsrafil kimi,
Sənə duyulacaq Sur olammadım.
Mən qələm tuturam, yazdıran yardı,
Bu könül, bu əllər nə bəxtiyardı.
Sözüm zülmətləri ağ atla yardı,
Özüm nur içində nur olammadım.
Tural Ağatlı
[email protected]
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.
İlham pərisi
İlham pərisinin sözüm beyninə
Batmayıb - ilhamım gəlməyib hələ.
Qəlbim tilovunu sonsuz ümmana
Atmayıb - ilhamım gəlməyib hələ.
İnanmır sözümə mənalı gözlər,
Yeyib inamını yalançı düzlər.
Dünyaya gəlməyi gözləyən sözlər
Yatmayıb - ilhamım gəlməyib hələ.
Kim bais, kim düçar qana-qadaya?
Göylər də dikəlmir səsə-sədaya.
Bir adsız ruzigar tənha adaya
Atmayıb - ilhamım gəlməyib hələ.
Şeirsiz itirib qələm xəttini.
Atılmış taleyi əyib qəddini.
Kiçicik ordum da üsyan həddini
Adlayıb - ilhamım gəlməyib hələ.
Sanma unutmuşam daha sevgimi,
Yenə qəlbimdəsən mələyim kimi.
Söz axan yerlər də ürəyim kimi
Çatlayıb - ilhamım gəlməyib hələ.
Kiminin qəlbində talan var-yoxu,
Kiminin qəlbində yalan var-yoxu.
Vicdansız vicdandan qalan var-yoxu
Satmayıb - ilhamım gəlməyib hələ.
Çox dərdsiz dərd verir öz ailəsinə,
Yalan damğalayır düz ailəsinə.
Rəbbim sözlərimi söz ailəsinə
Qatmayıb - ilhamım gəlməyib hələ.
Etiraf
Mən nələr itirdim, nələr qazandım,
Sevdim, sevdiyimə yar olammadım.
Min dəfə doğuldum, öldüm, oyandım
Yoxluqdan yarandım, var olammadım.
Gah doğru yaşadım, gah xəyal bildim.
Gah axdım gözündən, gah yaşı sildim.
Cənnət bağçasına toxum səpildim,
Yarın süfrəsində bar olammadım.
Kimsələr anlarmı dərd əlacımdan?
Qovuldum yurdumdan, taxtı-tacımdan.
Çox ümid asıldı bəxt ağacımdan,
Dərdimi asacaq dar olammadım.
Nə hallar yaşadım bu can içində,
Bəslədim eşqimi fəğan içində.
O Məşuq ağlayır hicran içində,
Bir Aşiq qəlbinə qor olammadım.
Üzüldüm həsrətə məkr edənlərə,
Acıdım vüsala şükr edənlərə.
Üsyanım adını zikr edənlərə,
İsmini gizləyən sirr olammadım.
İtirdim yolumu eşqə dalanda,
Gah yerə düşəndə, gah ucalanda.
O dərdli könüldən ah ucalanda
Sənə qovuşmağa zar olammadım.
Ey həsrət çəkdiyim, gülümsə barı,
Verdim əllərinə küll ixtiyarı.
Mən Sultan mülkünün sonsuz diyarı,
Tək sənin keçdiyin yer olammadım.
Yumanda gözünü sən qafil kimi
Yayıldım zülfünə xəfif yel kimi.
Aləmi titrətdim İsrafil kimi,
Sənə duyulacaq Sur olammadım.
Mən qələm tuturam, yazdıran yardı,
Bu könül, bu əllər nə bəxtiyardı.
Sözüm zülmətləri ağ atla yardı,
Özüm nur içində nur olammadım.
Tural Ağatlı
[email protected]
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək





