Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
25-27 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək və Azərbaycan Xalça Muzeyinin ev sahibliyi edəcəyi "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumuna Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar.
Milli.Az xəbər verir ki, simpoziumun dünyaca məşhur qonaqlarından biri Mərkəzi Asiyanın qadın ayin və mərasimləri ilə bağlı tekstil ənənələrini araşdıran tanınmış amerikalı rəssam və müstəqil tədqiqatçı Kristin Martens (Nyu-York) olacaq. Kristin Martens "Sincanda uyğur keçəsi nümunələri: naxışlar, texnika və rituallar" mövzusunda məruzə ilə simpoziumda çıxış edəcək. Sənət nəzəriyyəçisi kimi Kristin Martens Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Monqolustanda çoxsaylı təcrübə proqramlarının təşkilatçısıdır. O, bu layihələri Fulbright Scholar (Fulbrayt təqaüd proqramı), fəaliyyət sahəsinə gender təhsili proqramlarının da daxil olduğu Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) xətti ilə və Asiya Mədəniyyət Şurasının qrant alıcısı kimi təşkil etmişdir.
Qeyd edək ki, beynəlxalq simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində "Keçəçilik ənənə kimi", "Keçə müasir incəsənətdə", "Keçə moda dünyasında bir trend kimi" mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib - (Foto)
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Mozaika sənətinin sirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib - (Foto)
-
Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində “Danışan misralar” adlı konsert proqramı keçirilib - (Foto)
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
-
“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)
-
Mourinyo Flikə qarşı
-
Astarada ağır qəza - xəsarət alan var
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Messi yenidən Argentinada oynayacaq
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
Yeni qaydalar ətin qiymətini bahalaşdıracaq? - Ekspertdən açıqlama
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)





