Əməkdar artistdən ETİRAF: "Övladlarım ərköyündür, onlara acıqlana bilmirəm" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Elşən Rüstəmovun Milli.Az-a müsahibəsi.
- Elşən bəy, yaxşı aktyor olmaq çətindir, yoxsa yaxşı insan?
- Yaxşı insan olmaq yaxşı aktyor olmaqdan daha çətindir. Mən birinci növbədə insanam, sonra aktyoram. İnsanın insani keyfiyyətləri onun titulundan, sənətindən əvvəl gəlir.
- Teatr, kino, yoxsa dublyaj?
- Mənə yaxın olan teatr və filmdir. 1993-cü ildən bu günə qədər teatrda çalışıram və bir çox rollar oynamışam. Amma ondan da əvvəl mən filmlərə çəkilmişəm. Buna görə də ikisini də paralel olaraq çox istəyirəm. Bundan sonrakı mərhələdə isə serial və dublyaj gəlir.
- Bəlkə də çoxları bilmir ki, siz "Fəryad" filmində də çəkilmisiniz. Bəlkə deyəsiz bilməyən tamaşaçılar da oradakı rolunuzdan xəbərləri olsun.
- Yəqin ki, heç kim bilmir ki, mən orda hansı obraza çəkilmişəm. Mən qoy sirri açım. Ceyhun Mirzəyevin oynadığı obraz ara-bir xəyala gedir. Bax xəyala gedəndə ekrana mənim görüntülərim gəlir. Çox kiçik bir obrazdır. Demək olar ki, iki səhnəm var.
- "Teatrdan yolu keçməyən aktyor yaxşı aktyor deyil" - bu fikirlə razısınız?
- Bu çox mübahisəli bir fikirdir. Elə bir istedad ola bilər ki, o tapıntı olsun ki, filmdə bir rol yaratsın. Amma teatrda çalışmaq üçün mütləq aktyor olmalısan. Teatr bunu tələb edir. Film və seriallarda çəkilənlər sırf aktyor olmaya da bilər.
- Bugünkü seriallardan razısınız?
- 6-7 il öncəki illərə nisbətən bu gün serial sahəsində böyük inkişaf var. Təbii ki, özünüz də bilirsiniz ki, çatışmazlıqlar çoxdur. Amma mən buna da nikbin baxıram. 5-6 ilə serialların daha da mükəmməl olacağına əminəm.
- Aktyor necə olmalıdır? Bunun xüsusi bir formulu var?
- Məncə aktyor olmağın formulu yoxdur ki, bu belə olmalıdır, elə olmalıdır. Nə qədər öyrənsəm də heç vaxt deyə bilmərəm ki, mən bu peşəni tamamilə bildim. Yeni rol alanda sanki mən yenidən başlayıram bu sənətə. Pis də oynaya bilərik, bu təhlükə həmişə var. Bunun xüsusi bir resepti, formulu yoxdur.
- Arzusunda olub oynamadığınız rol var?
- Bunu hələ özüm də bilmirəm ki, o hansı roldur. Amma çox səbirsizliklə gözləyirəm ki, o rol gələcək. Mən həyatımda böyük rol oynayacağam. Bunu ən azından gözləyirəm.
- Övladlarınıza, ailənizə vaxt ayıra bilirsiniz?
- Övladlarımı çox az-az görürəm, ona görə də istəyirəm ki, istirahətimi evdə keçirim. Amma çox təəssüf ki, bu o qədər də alınmır. Uşaqlarımı çox az-az gördüyümə görə onlara acıqlana bilmirəm. Buna görə də mən tərəfdən bir az ərköyündürlər.
- Övladlarınızdan sizin yolunuzla getmək istəyən var?
- İstərdim ki, olmasın. Əgər onlarda bu sahəyə böyük bir istək olsa, mən mane olmayacağam. Necə ki, mənim atam mənə mane olmayıb.
- Bəs həmkarlarınız necə, sizə mane olmaq istəyiblər?
- Xeyr, mən maneə görməmişəm. Özümdən böyük aktyorların mənə qarşı paxıllığını hiss etməmişəm, əksinə həmişə onların dəstəyini görmüşəm.
- Tamaşaçılara nə demək istərdiniz?
- Teatra gəlsinlər, teatrla daha çox maraqlansınlar. Mütaliə etsinlər, kitab oxusunlar. Elə qəliz əsərlər var ki, onu oxuyub tamaşaya baxmaq daha asan olur.
Əli Rəhimoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
-
Qəzada ölən Ada Süleymanın son görüntüləri - (Video-Foto)
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur
-
Demet Akalının maraq doğuran Videosu
-
Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq öldü
-
Məşhur aparıcının ölümü ilə bağlı cinayət işi açıldı
-
Bakıda daha 28 svetoforda velosiped bölməsi quraşdırılıb
-
Şəhərdə təmizliyi pozanlar bu qədər cərimələnəcək
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - (Foto-Video)
-
Məktəblərdə payız tətili başa çatıb
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
-
Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video)
-
Prezident İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir (Video)
-
10 gündə 4,2 kilo arıqladan "Yapon pəhrizi": 10 günlük menyu və qaydalar
-
Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti





