Kabus
Hər şey - sən, payız ritmləri,
şairliyim, günəşin şövqü
birdən qeyb olacaq,
birdən...
kimsə ölmüş at rəsmi çəkib
asacaq bir ağacın budağından.
və deyəcək: "yuxular qara rəngdədir..."
məsələn, bir axşam çağı
yuxumda öpdüyüm
o qız alacaq əlimi əlinin içinə.
göz yaşımı silib deyəcək:
"Mən heç vaxt səni sevməmişəm"
qara qarğalar uçub gələcək
bir xaraba məmləkətdən...
bom-boş otaqda ortada
sərilən meyidimə ağlayacaq-
anamın əvəzinə.
Uzaqlığından üşüyürəm...
Təpədən dırnağa qırmızı,
qıpqırmızı qız...
bahar gəlməz yuvama bir də.
hər gecə üzümə bir əl toxunur
qar kimi ağ,
yumşaq əl.
uzaqlığından üşüyürəm...
çarpayımda sənin əksin,
ay işığı, bir də
qərib gecənin qərib sükutu.
uzaqlığından üşüyürəm.
gecədə ağırlıq var...
üstümə şığıyır çarəsizliyimin
əlləri...
boğacaq məni,
mütləq boğacaq...
uzaqlığından üşüyürəm.
***
bütün xatirələrdən silinəcək bəhanə lazımdı
səni unutmağa.
içmək zəiflərin unutmaq bəhanəsidir!
hər səhər zibillikdə yıxılıb qalan
qocanın görkəmindəki yalqızlıq qədər
əzablıdı səni unutmaq.
bu şəhərin qadınlarının üzündə
sənin yazıqlığın var.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə oxusu: "Kimsə ölmüş at rəsmi çəkib"
27 İyun 2011 00:30
Baxış: 162

DİGƏR XƏBƏRLƏR
-
Ramil Qasımovun rəhbərliyi ilə Bülbül Vokal Məktəbinin ilk buraxılışı keçirilib – FOTO
-
“Yaz və yay #2” konserti keçirəcək
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO
XƏBƏR LENTİ
-
“Məni alan cekpot udub, hərtərəfli qızam"
-
Putin çıxış edərkən, Peskov yuxuladı - FOTO
-
Hacı Əliyevə vəzifə verildi
-
"Faytonçu" Nazim vəsiyyətini AÇIQLADI: Övladlarına bunları miras qoyub
-
İsa peyğəmbərin 12 həvarisindən 1-i Bakıda ölüb? - Kilsədən AÇIQLAMA
-
Hər zaman dəbdə olan ən yaxşı 5 dırnaq rəngi
-
"Yoxa çıxan" Afaq Aslan üzə çıxdı: Dubayda belə dincəlir - FOTOlar
-
Qara istiotun bilmədiyimiz FAYDALARI
-
Azərbaycanlı müğənni hovuz görüntüsünü yaydı - VİDEO
-
Bu ucuz tərəvəzi yesəniz, viaqraya ehtiyacınız olmayacaq - həkim açıqladı
-
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
-
Eldar Əzizov hadisə yerində - FOTO
-
Millimiz rekord xalla Avropa çempionu oldu
-
“Çeşka”, “Yeşka”, “Prius” tarix olur?
-
Generalın ölümü təsdiqləndi
-
Partlayışın baş verdiyi yer məlum oldu - Rəsmi açıqlama
-
Bakıda kinostudiyada partlayış olub - Xəsarət alan yoxdur - YENİLƏNİB - VİDEO
-
Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı - Yerinə gələcək şəxs bəllidir
-
Bəzi xiyarlar niyə acı dadır?
-
Bu səhvi edən sürücülər işdən qovulur
-
Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq
-
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
-
Kimlərə yumurta yemək olmaz?
-
“Əvvəl diplomatiya, alınmasa hərbi güc”