Mədəniyyət

İkinci Buktreyler Festivalı iştirakçıları üçün master klasslar keçirilib - FOTO

11 Aprel 2017 14:43
Baxış: 403

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasında II Buktreyler Festivalı iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə festivalın təsisçisi aktyor Ruslan Sabirli festivalın cəmiyyətimiz üçün faydasından danışmış, iştirakçıların suallarını cavablandıraraq qaranlıq məqamlara aydınlıq gətirmişdir. AzərbaycanFilm kinostudiyasının direktoru Müşfiq Hətəmov iştirakçıları salamlayaraq Azərbaycan kinosunun nailiyətlərindən və gələcək planlardan bəhs etmişdir. Həmçinin, bəstəkar Azər Hacıəsgərli iştirakçılara filmlərdə istifadə olunan musiqinin əhəmiyyətindən və orijinal musqinin yazılması məsələlərinə toxunmuşdur. Görüş zamanı eləcə də rejissorlar əməkdar incəsənət xadimləri Elçin Musaoğlu, Elxan Cəfərov və operator Nadir Mehdiyev iştirakçılarla öz təcrübələrini paylaşmış, məsləhətlərini vermiş, onların suallarını cavablandırmışdır.

Fotolar: Asif Bəşirov

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/booktrailer.az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar. 

Bütün suallarla bağlı festival2017@booktrailer.az müraciət etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.