Mədəniyyət

Gülüstan Əliyeva 20 illik yaradıcılığını qeyd etdi - FOTO

29 Oktyabr 2016 14:01
0 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində  "Payız Sevgisi" solo-konserti ilə çıxış edib.

Milli.Az bildirir ki, konsert oktyabrın 28-də saat 20.00-də başlayıb. Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub və Gülüstan Əliyevanın 20 illik opera səhnəsində yaradıcılığına həsr olunub.

Gülüstan Əliyeva Akademik Opera və Balet səhnəsində "Leyli və Məcnun", "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl", "Gəlin qayası", "Arşın mal alan", "O olmasın, bu olsun", "Natəvan"da maraqlı obrazlar yaradıb.
Konsert proqramı Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri əməkdar artist Ələkbər Ələkbərov) və Estrada orkestrinin (bədii rəhbəri əməkdar artist Vüqar Camalzadə) müşayiəti ilə məşhur və yeni kompozisiyaları, xalq mahnıları, muğam və klassik əsərləri nümayiş olunub.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.