Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Parisdə Azərbaycan kinoları nümayiş etdirilib - FOTO
13 Aprel 2015 16:54
0 Şərh
Baxış: 2 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Parisdə "L'Entrepôt" kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə "Europe by Europe Film Festival"ın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunmuş kino gecəsi keçirilib.
TEAS-dan Trend-ə verilən məlumata görə, kinosevərlər dörd qısametrajlı filmlə tanış olublar. Tomas Qoltsun "Ofsayd", Teymur Hacıyevin "Yara", Sergey Pikalovun "Sonuncu", Elmar İmanov və Engin Kundağın "Torn" filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar arasında Macarıstan və İspaniya kinorejissorları da olub. Sözügedən azərbaycanlı rejissorların qısametraşlı filmləri festival üçün seçilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən festivalın direktoru İrena Biliç artıq dörd il ərzində ardıcıl olaraq Azərbaycan filmlərinin təqdimatını keçirməkdən öz məmnunluğunu bildirib: "İlk növbədə, bu əməkdaşlıq bizə Azərbaycan kimi ölkəni kinematoqrafiya vasitəsilə kəşf etməyə imkan verir. Əməkdaşlıq etdiyimiz dörd il ərzində səkkiz film təqdim etmişik. Onlardan dördü ilə bu gecə tanış olacaqsınız. Bu dövr ərzində Azərbaycanın kino sənayesinin dirçəlişinin şahidi oldum və burada yeni yaranan sənətkarlar nəslinin yaradıcılığını misal kimi göstərmək istərdim".
Bu il festival üçün seçilmiş filmlər Azərbaycan cəmiyyətinin müxtəlif tərəflərindən bəhs edir. "Ofsayd" filmi Qarabağın Ağdam futbol komandasından danışır ki, o, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qalıb. "Yara" filmi Azərbaycanın Sovet hakimiyyəti illərində yaşamış yaşlı nəsli və qərb həyat tərzinə keçidi başa vurmuş gənc nəsli arasında olan boşluğu nümayiş etdirir. "Sonuncu" adlı film isə nəsillər arasında mövcud olan boşluğu daha çox bədii formada göstərməyə çalışıb.
Sonuncu "Torn" filmində bir ailənin həyatından bəhs edilir. Bu sosial mövzu gənc istedadlı aktyor Mir-Mövsüm Mirzəzadə tərəfindən bacarıqla interpretasiya edilib.
Xatırladaq ki, "Torn" və "Sonuncu" filmləri ötən il Kann Film Festivalında qısametrajlı film kateqoriyasında rəsmi olaraq seçilib.
Nümayişdən sonra auditoriya və rejissorlar - E.İmanov, T.Hacıyev və E.Kundağ arasında debatlar aparılıb. Sənətkarlar filmlərini necə ərsəyə gətirdiklərini, məkan və aktyor seçimi, Azərbaycanda kino sənayesinin hazırkı vəziyyəti və gələcək planları barədə sualları cavablandırıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
XƏBƏR LENTİ
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq