Mədəniyyət

Xan nəvəsinin Qubadakı ev muzeyi - VİDEO

4 Aprel 2015 14:04
0 Şərh     Baxış: 3 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Abbasqulu Ağa Bakıxanovun xatirə ev muzeyi 1999-cu ildən fəaliyyət göstərir. Burada ədib tərəfindən yaradılan "Gülüstan" elmi-ədəbi məclisinin eksponatları saxlanılır. Bundan başqa, muzeydə Bakıxanovun bədii əsərlərindən ibarət kitablar toplusu, xalçalar və əlyazmalar qorunur. Ziyarətçilər burada böyük ədibin şəxsi möhürünü də görə bilərlər.

RTV (REGİON TV) xəbər verir ki, ədibin dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri var. Bakıxanov "Qüdsi" təxəllüsü ilə şeirlər də yazıb. Mütəfəkkir "Gülüstani-İrəm" əsərini elə Amsar kəndində yaşayarkən qələmə alıb. Abbasqulu Ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan kəndində dünyaya göz açıb. Abbasqulu Ağa Bakıxanov 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olub. Ömrünün 12 ilini Quba rayonunda keçirib.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.