"Formaları dəyişək?" deyə soruşdu - Messi “Neftçi”li futbolçumuzdan forma İSTƏDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda "Neftçi"də çıxış edən malili müdafiəçi Falaye Sako maraqlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, futbolçu bir müddət öncə verdiyi açıqlamada argentinalı ulduz Lionel Messinin onun formasını istəməsindən söz açıb.
O, 2022-ci ildə PSJ və "Sent Etyen" arasında keçirilən Fransa Liqa 1 matçı zamanı Messinin bu istəyinə təəccübləndiyini deyib: "Lionel Messi mənim formamı istəyəndə çox təəccüblənmişdim. Bu günə qədər onun kimdənsə forma istədiyini eşitməmişdim, necə olur ki, mənimkini istəyir?
Yanıma gəldi və "formaları dəyişək?' deyə soruşdu. Doğrudan da çox təəccübləndim, amma əlbəttə ki, qəbul etdim. Sonra ondan niyə mənim formamı istədiyini soruşdum. O isə mənə dedi ki, "afrikalı oyunçulardan çox formam yoxdur". Biz formaları dəyişdik və o getdi.
Messi kimi birinin mənim formamı istəməsinə nə mən, nə də komanda yoldaşlarım inana bildik. O forma hazırda Malidədir, təkcə mənim və ya ailəm üçün deyil, ölkəm və bütün Afrika üçün çox böyük məna daşıyır. Həmin forma dünyanın ən yaxşı oyunçularından biri ilə yaşanan o anı təmsil edir".
Qeyd edək ki, Falaye Sako ötən ilin yayından "Neftçi"də çıxış edir.

Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
Evdə saf yağ hazırlama qaydası
-
Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü
-
“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO
-
Bu sadə üsul zeytun yağının ləzzətini iki dəfə artırır
-
Yumurta kartonlarının boz olmasının səbəbi ortaya çıxdı
-
"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Göygöldə ağır qəza - Xəsarət alanlar var
-
Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - YENİLƏNİB
-
"Kəpəz" "Sumqayıt"ı məğlub edib
-
Məşhur meyxanaçının ailəsindən pis xəbər – Səhhəti ağırlaşdı - FOTO
-
Ramin Əliyev prorektor təyin edildi
-
KVN ulduzu faciəvi şəkildə həyatın itirdi
-
Bakıda soyğunçuluq edən şəxs həbs edildi
-
İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək
-
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
-
Gömrük işçiləri də PUA-ları vursun
-
Bu tarixlərdə hava kəskin dəyişir - XƏBƏRDARLIQ
-
Ailə üzvlərini qətlə yetirən Əhməd təkrar cinayət törədib?
-
Kanaldan qadın meyiti tapıldı
-
Ölkədə pensiya yaşı 60-a SALINIR?
-
Azərbaycanda manatla geniş pul kütləsi artıb
-
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı
-
Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?





