Mədəniyyət

"Dünyanın xoşbəxti mənəm dünyada" - VİDEO - FOTOSESSİYA

28 Dekabr 2014 10:01
8 Şərh     Baxış: 5 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az bildirir ki, bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarova 78 yaşını qeyd edir.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda doğulub. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir.

O, 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.

Z.Xanlarova ecazkar, unudulmaz, gözəl səsi ilə ölkəmizi bütün dünyada tanıdıb. Dünyanın bir çox ölkələrində konsert verib, milyonlarla pərəstişkarı olub və indi də var. O xarici ölkələrdə yüksək adlara, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb.

Zeynəb xanım Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayıb. Onun Leylisi, Əslisi, Şahsənəmi əvəzolunmazdır. O, həm bir çox çətin muğamların ifaçısı, həm də bir sıra mahnıların müəllifidir.

Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Zeynəb xanımı doğum günü münasibətilə təbrik edir, sənətkarımıza uzun ömür, can sağlığı arzulayırıq!

Milli.Az





Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.