Xalq artistinin qızı: "Anamın tələbəsi olmuşam, amma mənə heç vaxt dərs keçməyib" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kamança ifaçısı Şəfiqə Eyvazovanın qızı Mehri Əsədullayeva: "Rəşid Behbudov atamdan icazə istəyib ki..."
Milli.Az gənc ifaçı Mehri Əsədullayevanın "Yeni Müsavat"a müsahibəsini təqdim edir.
M.Əsədullayeva xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazovanın və musiqiçi, professor Arif Əsədullayevin qızıdır. Mehri Əsədullayeva indiyədək bir çox ölkələrdə təşkil edilən beynəlxalq festivallarda iştirak edib. Çıxış etdiyi festivallarda çox zaman "dünyanın ən istedadlı xanım kamança ustası" kimi təqdim edilib.
- Gənc ifaçı kimi durumdan razısızmı, niyə gənclərimiz xaricə üz tuturlar?
- Bildiyimiz kimi, rayonlarda təhsil kifayət etmədiyindən gənclər Bakıya gəlirlər. Mən demək istəmirəm ki, Avropa ölkələrinə baxanda Bakı rayon səviyyəsindədir. Amma sadəcə dünyaya açılmaq lazımdır. Azərbaycanı təmsil edən vətəndən kənara çıxmalıdır ki, ölkəni xaricdə təmsil etsin. Avropa bizi tanımalıdır.
- Şəfiqə Eyvazova sizin həyatınızda müəllim və ana kimi necə rol oynayıb?
- Valideynlər övladları üçün nə edirlərsə, mənim valideynlərim bunu mənə iki-üç qat ediblər, üstəlik, sənət aləmini də bura daxil edirəm. Konservatoriyada anamın tələbəsi olmuşam, ixtisas müəllimim olub. Amma imtahanı həmişə atama vermişəm. Bu çox qəribə idi, mənə dərsləri anam verirdi, imtahanı isə atam götürürdü. Hərçənd anamla dərslərdə heç müəllim-tələbə olmamışıq.
Mənə dərs keçməyə heç vaxt zaman çatmayıb. Əslində bir tələbə kimi mən ondan narazı olmalı idim (gülür). Digər tələbələrə diqqət, qayğı göstərirdi, amma mənə çatanda deyirdi, heç nə olmaz, səninlə sonra məşğul olaram. Yəni tələbə deməsin ki, öz övladı ilə məşğul olur, biz qaldıq. Bu səbəbdən konsertmeystrimi tez-tez dəyişirdim. Sinifdəkilər eyni pianistlə imtahan verirdilərsə, mən məcbur olub imtahan qabağı başqa bir ifaçı tapıb onunla məşq edirdim. Anam həmişə deyirdi: "Narahat olma, evdə deyərəm, tez götürəcəksən, onlar gec qavrayır, qoy onlarla daha çox məşğul olum". Bu baxımdan narazı olduğum tərəflər var.
Amma ümumiyyətlə, mən həmişə onu anlamışam. Bir sözü ilə havanı tuta bilirdim.
- Şəfiqə xanım kamançada solo ifa edən ilk xanımdır. Belə bir sənətkarın qızı olmaq necə hissdir?
- Anam gec ailə qurub. Bilirsiniz ki, atam da kamança ifaçısıdır, onlar uzun müddət bir ansamblda fəaliyyət göstəriblər. Getdikcə anlayıram ki, həm musiqiçi, həm də ailəli olmaq çox çətindir. Anam tez-tez qastrollara gedirdi, bunun üçün dirijorlar və s. mütləq atamın icazəsini alırdılar. Deyilənə görə, Rəşid Behbudov qastrola gedərkən anamın ansamblda çıxışı üçün atamdan icazə alırmış... Anam həm sənətdə, həm də ailədə özünü çox gözəl təmsil edib və edir də.
- Konservatoriyanı bitirən gənc musiqiçilərin əksəriyyəti özlərinə qane edici iş tapa bilmirlər. Bəzən bu səbəbdən peşələrinin dəyişməli olurlar. Məsələn, kamança ifaçısı skripkaçı, tar ifaçısı aşıq, bəstəkarlar isə müğənni olur.
- Sizcə, bu amil professional musiqinin tənəzzülünə səbəb ola bilərmi və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
- Fikrimcə, çıxış yolu var. Məsələn, mən Türkiyənin bir çox şəhərlərində olanda gördüm ki, hər şəhərin öz bələdiyyə orkestri var. Mən bir neçəsində iştirak etmişəm. Yəni deməyim budur ki, bizdə də bölgələrin - məsələn, Sumqayıtın, Gəncənin, Şəkinin öz orkestrləri olarsa rayondan gələn musiqiçilər Bakıda çarəsiz vəziyyətdə qalmaz, öz şəhərlərində fəaliyyət göstərərdilər.
- Musiqini siyasətə qatmaq olarmı?
- Musiqinin özü elə siyasətdir. Bu siyasətdən düzgün istifadə etmək lazımdır. Ölkənin, millətin, musiqinin xeyrinə iş görmək lazımdır. Əgər siyasətdə bir səhvə yol verilərsə, dəhşətli olaylara səbəb ola bilər, bu baxımdan musiqiyə barmaqarası yanaşmaq doğru deyil.
- Kamança aləti təkcə Azərbaycana məxsusdur?
- Kamança sırf bizə məxsusdur. Ancaq ona bənzər alətlər Çin, Türkiyə, İran, Özəkistan, ərəb ölkələrində də var. Hətta Misirdə də buna bənzər aləti gördüm. Onun çanağı balaca, iki və yaxud üç simli olur. Bildiyimiz kimi kamança qədim alətdir və bunun müxtəlif ölkələrdə də olması təəccüblü deyil.
- Sırf musiqi sənəti ilə dolanmaq olarmı?
- Pafosla deyirik ki, musiqiçilər istəsələr, yaxşı qazana bilər. Reallıq isə başqadır. Ancaq yaxşı musiqiçi sırf öz sənəti ilə məşğul olmalıdır.
- Bir evdə üç kamança ifaçısı... Mübahisələr olurmu?
- Əlbəttə, hər kəsin öz baxışı var, buna görə də tez-tez mübahisələrimiz düşür. Tutaq ki, mən yeni versiya təklif edirəm, onlar isə klassik üsluba üstünlük verirlər, nəticədə mübahisə yaranır (gülür). Amma həmişə ortaq nöqtə tapa bilirik.
- Dahi musiqiçilərin həyatlarına nəzər yetirəndə görürük ki, onlar tez-tez intihara cəhd ediblər. Səbəb nə ola bilər?
- Azərbaycanın ictimai həyatında baş verən hansı problemlər sizi narahat edir?
- Gənclərdə milli ruh, mentalitet hissləri get-gedə azalır.
- Konçita Vursta münasibətiniz?
- Normal. Amma müsəlman olaraq fikirləşəndə pis (gülür). Əgər bir insanın yaxşı sənəti, səsi varsa, onu qəbul etmək olar. Zaman-zaman belə müğənnilər olub və onlar oriyentasiya fərqliliyinə baxmayaraq insanlar tərəfindən sevilib. Məsələn, elə götürək Zəki Müreni, Bülənt Ərsoyu və s.
- Sizin həm də vokal imkanlarınız var. "O səs Türkiyə" yarışında iştirak etmək istərdinizmi?
- Xeyr, bu haqda fikirləşməmişəm. O yarışda iştirak edənlərdən biri olmaq istəməzdim, çünki daha fərqli çıxış etməliyəm. Amma türklərin sənət musiqisi ilə bağlı yarışmasına gedərdim, deyərdim ki, oxumaq üslubum buna yaxındır. Bilirəm ki, oxuduqlarım maraqla qarşılanar.
- Fəaliyyətini izlədiyiniz siyasətçilər varmı?
- Ölkədə baş verən ictimai-siyasi hadisələr məni həmişə maraqlandırıb və bundan sonra da belə olacaq. Ancaq mən başqa - musiqi siyasətini sevirəm və elə bu siyasətlə məşğul oluram. Siyasət təkcə ictimai siyasətlə bitmir, insana qayğı, sevgi, hörmət siyasətli var. Məsələn, satıcı alıcıya qarşı siyasət işlədib nəzakətli davranmalıdır və s.




Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi (Foto)
-
Kəlbəcərdə çayda batan azyaşlının (Fotosu)
-
Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi dezinformasiya ilə mübarizədə qlobal platforma olacaq"
-
Xoşqədəm ailəsi ilə istirahətdə (Foto)
-
Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev
-
78 yaşlı Hülya Koçyiğit idman zalında (Foto)
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (Foto)
-
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
-
"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış
-
"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid (Foto)
-
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
" 10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Yəmən qüvvələri öz hava limanını vurdu
-
Şahruddin “Qarabağ”dan ayrılır - (Foto)
-
Bakıda soyğunçuluq və oğurluq edən iki nəfər saxlanıldı
-
12 ildir oturmur, uzanmır - Ayaqları görün necə oldu - (Video)
-
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?





