Mən nə dedim ki... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün müasir Azərbaycan satira ədəbiyyatının görkəmli nümayəndəsi Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) doğum günüdür.Satirik şair dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləri ilə üsyan edib
O, 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1955-ci ildə M. Ə. Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25 il müddətində həmin yerdə işləyib.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlayıb, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb. Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şeir və qəzəlləri çap olunub.
1990-cı illərdə lirikaya satirik ruh gətirməklə satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edir. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbir", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetində "Danabaş kəndinin Bakı filialı" rubrikası altında çap olunub.
1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı il "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.
1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib. Həmin il ANS telekanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın ünsiyyət yaradıb.
1998-ci il "21-ci gənclik dərgisi", 1999-cu il "Azərbaycan jurnalı", 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və "İRS-nasledie" Beynəlxalq Azərbaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.
2000-ci il həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Kliniki Xəstəxanada ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb.
3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı ilk dəfə işıq üzü görüb. 2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafat alıb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. 2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub. 2004-cü il "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004-cü il aprelin 5-də Mərkəzi Kliniki Xəstəxanada ürəyində yenidən kiçik əməliyyat aparılıb. Aprelin 7-də evə buraxılıb, səhəri gün isə halı pisləşib və koma vəziyyətinə düşüb. 9 gün komada süni tənəffüslə saxlanılıb. Aprelin 17-i Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





