Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti: "Mənim fanatım olan ermənilər var"
2 Noyabr 2014 16:12
2 Şərh
Baxış: 2 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, kult.az-ın "Başı dumanlı" layihəsində Azərbaycanın məşhur estrada və opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova Şuşa ilə bağlı xatirələrini bölüşür.
"Çox xatirələrim olub Şuşada. Daha xatirələrdən də keçib. Artıq əzabdır, ağrıdır, göz yaşıdır. Gələcəyə ümidliyəm ... "O sal daşların üzərindən qalxacam, babamın yurdunun yanından keçəcəm, o tut ağaclarını görəcəm" deyə çox ümidliyəm. "Heç vaxt yaddaşımdan çıxmayan o sürüşkən daşlardan bir də düşəcəm" deyə düşünürəm. Bizim evlə üzbəüz - çox da uzaq olmayan Şuşa türməsi var idi. Mən yaşlananda artıq oranı boşaltmışdılar. Yəqin, indi orada ermənilər bizim əsirləri saxlayırlar. Bax bunları fikirləşəndə cəhənnəm əzabı kimi od yandırır canımı. Yadıma gəlir, sürüşkən daşların üzərində oynayanda yaşlı insanların məni "ay qızım, ay qızım" deyib əzizləmələri, oxşamaları... İndi Allah bilir, həmin yerlərdən nə zarıltılar gəlir.
Təsəvvürüm nə qədər sönük olsa da, müharibənin həqiqətləri və düşündüklərim ağırdan da ağırdır. Yoxdur artıq mənim Şuşalı günlərim, yoxdur. Çünki Şuşam yoxdur.
Qarabağ boyda dərdim var. Yunan mifologiyasına görə, Zevs dünyanı çiyinlərində saxlayır, bəlkə də, o ağırlığa dözməyən dərdim var. Şuşanın son günlərinə qədər elə hey anama "gedək" deyirdim, mənə görə də gedə bilmirdik. Çünki yaradıcılığımın elə dövrü idi ki, mən artıq "Flora Kərimova" idim və mənim hər günüm dolu olurdu. Elə "bu gün gedərik, sabah gedərik" deyə-deyə günlər keçdi, təəssüf ki, getmək anama qismət olmadı. Sonra da ermənilərin müharibəsi başladı. Onda lap qovruldum anama o yerləri görmək nəsib olmadı deyə. Uşaq ikən anamla çətinliklə Şuşaya gəldiyimiz günləri indi yada salıram. Birbaşa qatar yox idi. Yevlağa, ordan da Şuşaya gəlirdik. O vaxt o yolların qədrin bilmirdim. Yolda hər dayanacaqda saxlayırdılar qatarı. Vağzalda kimin gücü nəyə çatırdı, satırdı. Yadımdadır, anam ya pəncərədən, ya da düşüb perrondan nəsə alırdı, elə bəh-bəhlə verirdi ki mənə aldığını, elə bilirdim, mənə dünyaları bağışlayır. O vaxt qulaq batıran o səs-küy indi inanın ki, mənə bayram səsləri kimi gəlir.
O vaxt yadımdadır, Şuşada "Dom otdıxa" var idi. Axşamlar hamı yığışıb istirahət edər, əylənərdi. Avropa və milli rəqslər oynanılardı. O vaxt "dəmir pərdələr" deyə bir dövr idi, xaricilərin gəlişi, demək olar, qadağan idi. Tək-tük hallarda xaricilər görmək olardı.
Bizdə rayonda məhlə-məhlə dostluqları var idi. Məhəllə yığılardı, inanın ki, bir günə bir ev tikərdilər. Qaynayıb-qarışmaq var idi. Düzdür, harada qadın varsa, orda dedi-qodu da olurdu. Amma xeyirdə-şərdə həmişə bir yerdə toplanardılar. Sonra gəldilər şəhərdə blok-blok yaşadılar. İndi hərə ayrı-ayrı yerlərdədir. Hərənin öz evi, öz mənzili...
Şuşada hər yeri gəzmişəm babamla - İsa bulağını, İstisunu. Gəzdiyimiz bütün yerlərin də xatirə fotoları var məndə. Bir dəfə... Təxmini 12-15 ilin söhbətidir, televizorda işğal olunmuş Şuşanı göstərdilər. Bazardan bir az aşağı düşəndə, türmə tərəfdə sürüşkən daş var idi. Kadrlarda həmin yeri göstərdilər. Qeyri-ixtiyarı məndən bir qışqırıq qopdu, gəl görəsən. Həyəcanımı boğa bilmirdim. Ot-kol basmışdı, amma yenə də o yolu tanıdım. Qızımı çağırdım ki, o yerləri göstərim, amma gec oldu.
Mən ermənilərin arasında olan yaxşıları pislərlə qarışdırmıram. O millətdən mənim yaxşı dostlarım olub. Mənim mahnımı sevənlər, millətimə hörmət edənlər olub. Yenə deyirəm, mənim mahnılarımın fanatı olan Rusiyada yaşayan ermənilər var ki, Novruz bayramı keçirirdilər və hər bayramda zəng edib təbrik edib, ağlayırdılar. Son beş ildir, əlaqələrimiz kəsilib. Heç bilmirəm hansı sağdır, hansı yox. Pislik millətlə deyil, vicdanla ölçülür.
Bir də qəbul etmirəm quru vətənpərvərliyi. Yadımdan çıxmaz, bir dəfə konsertə getmək ərəfəsindəydim. Hərbi hospitalda amneziyadan əziyyət çəkən bir gənci tez-tez ziyarətə gedərdim. Bir dəfə hospitalda bir nəfər özünü mənə göstərirmiş kimi başladı ki, "Qarabağı onlardan geri alacağıq, hasarların başından onların körpələrinin başlarını asdıracam". Əsəbdən rus dilində "rədd olsun" dedim həmin adama. Mənim millətimin körpə başını hasardan asdıracaq qədər qəddar olmasını istəmirəm. Doğrudan da, bu qədər sözdə özündən əminlik, yalançı vətənpərvərlik lazım deyil. Yenə də ümidimi itirmirəm".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye