Xalq artisti: "Heç nəyə həvəsim qalmadı" - FOTOSESSİYA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın xalq artisti Safura İbrahimovanın Milli.Az-a müsahibəsi.
- Safura xanım, özünüzü necə hiss edirsiz?
- Birmənalı "əla" və yaxud "pis" desəm, olmaz. O baxır əhval-ruhiyyəyə
- Uzun müddətdir efirdən, mətbuatdan uzaqsız.
- Çoxdur, bəlkə də.
- Axırıncı dəfə nə vaxt müsahibə vermisiz?
- 2 il olar. Bəlkə də çox. Axırıncı dəfə bir qız gəlmişdi. Şəkillərim ilə bərabər, maraqlı bir müsahibə hazırladı. Çox yaxşı yazmışdı.
- Bəs səbəb - teatrdan uzaqlaşmaq bir yana, hər kəsdən, hətta mətbuatdan belə uzaq dayandınız?
- Səbəb deyəndə ki, mən əsas bir şeyi səbəb göstərmək istəmirəm. Siz yaxşı bilirsiz ki, mən teatra oxuya-oxuya dəvət olundum. O kollektivdə yetişdim. O kollektivə elə doğmalaşmışdım ki, elə bilirdim, bunların hər biri ailəmin üzvüdür. Birdən-birə fasiləsiz, bir-birinin ardınca dünyalarını dəyişdilər. Bu mənə həddindən artıq pis təsir etdi. Heç nəyə həvəsim qalmadı. Hansı tərəfə fırlandım - görmürəm, yoxdurlar. Filankəs yox, filankəs yox. Hansı ki, onlar mənim anamı, nənəmi oynayıblar. Mən Hökumə xanımla oynamışam. Çox ciddi xanım idi. Sözü belə rolda otuzdururdu. Fatma Qədri bir tamaşada anamı, bir tamaşada nənəmi oynayırdu. Qrimi o mənə öyrətdi... Mən gördüm ki, ətrafım boşdur. Kimlə oynayacaqdım ki?
Axı bir-birimizi səhnədə o hisslərə çağırıb, çoşdururuq. Bilirdik ki, tamaşanın hansı yerində bir-birimizə necə stimul verə bilərik, rolları tamamlayıb, uyğunlaşa bilirdik.
- Sonuncu oynadığınız rol hansı olmuşdu?
- 2005-ci ilin sentyabrında teatr mövsümü açılırdı. "Hökmdar və qızı" tamaşasında hökmdarın arvadı rolunu oynadım və səhəri işdən çıxdım. Buraxmaq istəmirdilər məni. Mən qəti qərara gəldimsə, fikrimdən döndərə bilməzlər, gərək onu edəm!
- Bəs sonuncu filminiz hansı olub?
- Səhv etmirəmsə, 1990-cı illərin əvvəlləri olardı. Hamlet Xanızadə ilə "Şəhərin yay günləri" fimində çəkildim.
- Nəzərə alsaq ki, 1990-cı ilin fevralında Hamlet Xanızadə vəfat edib, deməli, film təxminən 1-2 il əvvəl çəkilmiş olardı.
- 1988-1989-cu illər olardı. Bilirsiz, mən Hamletlə radioda 2 veriliş aparırdım. "Molla Nəsrəddin" və "Sözün düzü". Axırıncı dəfə ölməmişdən 10-15 gün qabaq görüşdük. Qaçaraq radioya gəldi. Gözləri sapsarı, çox qorxunc, yorğun sifəti var idi. Dedim, Hamlet, haradan gəlirsən? Dedi: "Axşam filmi səsləndirmişəm, tamaşa oynamışam, filmi "ukladka" eləmişik..." Mən də dedim ki, deməli, 2 gündür yatmırsan?! Sən bir güzgüdə özünə baxmısan? Bilirsənmi nə haldasan? Get dincəl! Uşaq kimi danladım onu. Cavabında dedi ki: "Bilirsən ki, mən teatrla yaşayıram. Olmur axı bu cür işləri əldən buraxım..." Mən də ona: "Sən özünə baxmalısan. Yoxsa bu qədər rolları, özü də baş rolları kim oynayacaq?" - dedim.
Bu görüş onun ölümündən 10-15 gün qabaq olmuşdu.
- Gənclərlə filmə çəkilərsiz? Bunu həm də təklif kimi qəbul edə bilərsiniz. Ssenarimizi bəyənsəniz əgər?
- Mənə bir ssenari veriblər. Amma çox zəifdir. Bir obraz xoşuma gəlir, amma ssenari, yenə deyirəm, çox zəifdir.
- Sizin kimi xalq artisti yox, xalqın artisti olaraq gənclərlə teatrda, kinoda bircə cümlə ilə yenidən tamaşaçı qarşısına çıxmaq istəməzdinizmi? Yəni bu qədərmi incimisiz hər kəsdən və ya hər şeydən?
- (gülür) Mən qabaqcadan söz verməyi xoşlamıram. Söz verdimsə, gərək onu edəm.
- Artıq səhnəmizdə sözünü demiş sənətkarlar çox azdır. Gənclik hələ onların yerini ala bilmir. Axı yeni gələn nəslin sizin kimi sənətkarın məsləhətlərinə ehtiyacı var.
- Ola bilməz ki, bizim səhnəmiz boş qalsın. Yeni nəsil gəlir. Onlar bizim yerimizi tutacaqlar. İstedadlı gələcəyimiz var, buna inanıram.
- Sizin sənətlə, demək olar ki, uşaqlıqdan maraqlanmışam. Şəxsən inanmağım gəlmirdi ki, sizi görə bilərəm, amma hal-hazırda üzbəüz dayanıb sizdən müsahibə alıram.
- Niyə? Demişdilər ki, "ölüb" o aktrisa? Bilirsiz, o qızlar mənim haqqımda olan məqalənin başlığında yazmışdılar ki, "Dəfələrlə öz ölüm xəbərini eşidən aktrisanın deməyə sözü var!" Daha sonra isə mənimlə olan söhbətlərini yazmışdılar.
- Mənə hətta o qədər demişdilər ki, "getmə, səni qəbul etməyəcək o"...
- Onu düz deyirlər. Həqiqət var. Gəlirlər, qapını döyürlər. Açmıram. Çox vaxt cavab da vermirəm. Hətta ötən il Moskvadan gəlmişdilər. Açmadım. Bilirsiz, min cür insan var. Fırıldaqçılar var. Ona görə açmıram.
Səyavuş Əlizadə
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.











DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





