Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, teatrın direktoru İsrafil İsrafilov istedadlı aktyorlara çalışmaq üçün şərait yaratmır: "O, ümumiyyətlə, aktyorların qədrini bilmir, harada balaca aktyor, rejissor varsa, Akademik teatrın səhnəsinə gətirir. Bu addımı ilə YUĞ teatrını da korlayır. YUĞ teatrı özünə görə forması olan bir teatrdır. Onun öz masştabı və oyun tərzi var. Zorla onları bu teatra gətirib rol vermək düzgün deyil. Onların bəziləri həm burada, həm də orada işləyir. Ştatda olan işçiləri niyə bir-bir çıxardırlar? Bir teatrı yetişdirmək üçün ən azı 10 il lazımdır", - deyə əməkdar artist vurğulayıb.
Akademik Milli Dram Teatrının aktyoru teatrda baş verən daha bir məqama da toxunaraq qeyd edib ki, qastrollara çıxanda, rayonlara gedəndə rəhbərlik onların gündəlik pulunu mənimsəyir:
"45 manat əvəzinə qol çəkdirib 9 manat verirlər. Belə şey olmaz. Aktyorun haqqını necə yemək olar? Biz isə qastrollardan xeyli pul gətiririk. Bu haqda bir dəfə də olsun, hesabat verilmir. Son bir ildə İsrafil İsrafilov kollektiv qarşısına çıxmayıb, iclas keçirməyib, narazılıqların heç birini müzakirə etməyib. Mən özümə qiymət verməyi bacaran adamam. Oturduğum yerdə əməkdar artist adını verməyiblər ki? Mən bu saat xalq artisti adını almalıyam. 200-dən artıq rolun ifaçısıyam. Mənə bundan sonra nə lazımdır? Məni yandıran, sadəcə, teatrın taleyidir.
Onun oturduğu yerdə Ədil İsgəndərov, Əli İsmayılov, Həsən Turabov oturub. Bura teatrdır, canlı insanlardır. Hər aktyordan bir nəfərdir, onlar bir də dünyaya gəlməyəcək. Niyə Hacı İsmayılov, Rəfael Dadaşov, Firuz Xudaverdiyev öz mövqeyindən qorxsunlar ki, birdən bizi işdən çıxararlar? Axı onlar bacarıqlı, istedadlı aktyorlardır. Firuz Xudaverdiyevin 75 yaşı var, səhnədə uşaq kimi gəzir. Eləcə də Hacı İsmayılov, Rafiq Əzimov... Teatr yenicə təmirdən çıxanda isə İsrafil İsrafilov kollektivin qarşısında çıxış edərək "Hər birinizə 2 min manat maaş verəcəyəm" sözünü vermişdi, hanı o söz", - deyə Telman Əliyev əlavə edib.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun isə aktyorun fikirlərinə münasibəti çox soyuqqanlı olub: "Müasir zamanda yaşayırıq və hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. İkincisi, Telman Əliyev teatrın ştatlı əməkdaşı deyil, o, müqavilə əsasında çalışır. Teatrda baş verən hadisələri, tamaşaya qoyulan əsərlərin keyfiyyətini yoxlamaq üçün teatra gəlib aktyor kollektivi ilə söhbət etsəniz, hər şeyi öz gözlərinizlə görə bilərsiniz".
Milli.Az
Azərbaycanın əsas səhnəsində üsyan: əməkdar artist "od püskürdü"
1 Noyabr 2014 13:23
0 Şərh
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu sözləri aznews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Telman Əliyev bildirib."Vətənpərvərlik və milli ruhda nə qədər tamaşa var idisə, hamısı repertuardan çıxarıldı və avropasayağı klassiklərin əsərləri qoyulmağa başlanıldı. Bəs onda Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Mirzə Cəlil Məmmədquluzadə və Nəriman Nərimanovun əsərləri harda qaldı? Akademik Teatrda nə qədər xarici əsərlər oynamaq olar?"
Onun sözlərinə görə, teatrın direktoru İsrafil İsrafilov istedadlı aktyorlara çalışmaq üçün şərait yaratmır: "O, ümumiyyətlə, aktyorların qədrini bilmir, harada balaca aktyor, rejissor varsa, Akademik teatrın səhnəsinə gətirir. Bu addımı ilə YUĞ teatrını da korlayır. YUĞ teatrı özünə görə forması olan bir teatrdır. Onun öz masştabı və oyun tərzi var. Zorla onları bu teatra gətirib rol vermək düzgün deyil. Onların bəziləri həm burada, həm də orada işləyir. Ştatda olan işçiləri niyə bir-bir çıxardırlar? Bir teatrı yetişdirmək üçün ən azı 10 il lazımdır", - deyə əməkdar artist vurğulayıb.
Akademik Milli Dram Teatrının aktyoru teatrda baş verən daha bir məqama da toxunaraq qeyd edib ki, qastrollara çıxanda, rayonlara gedəndə rəhbərlik onların gündəlik pulunu mənimsəyir:
"45 manat əvəzinə qol çəkdirib 9 manat verirlər. Belə şey olmaz. Aktyorun haqqını necə yemək olar? Biz isə qastrollardan xeyli pul gətiririk. Bu haqda bir dəfə də olsun, hesabat verilmir. Son bir ildə İsrafil İsrafilov kollektiv qarşısına çıxmayıb, iclas keçirməyib, narazılıqların heç birini müzakirə etməyib. Mən özümə qiymət verməyi bacaran adamam. Oturduğum yerdə əməkdar artist adını verməyiblər ki? Mən bu saat xalq artisti adını almalıyam. 200-dən artıq rolun ifaçısıyam. Mənə bundan sonra nə lazımdır? Məni yandıran, sadəcə, teatrın taleyidir.
Onun oturduğu yerdə Ədil İsgəndərov, Əli İsmayılov, Həsən Turabov oturub. Bura teatrdır, canlı insanlardır. Hər aktyordan bir nəfərdir, onlar bir də dünyaya gəlməyəcək. Niyə Hacı İsmayılov, Rəfael Dadaşov, Firuz Xudaverdiyev öz mövqeyindən qorxsunlar ki, birdən bizi işdən çıxararlar? Axı onlar bacarıqlı, istedadlı aktyorlardır. Firuz Xudaverdiyevin 75 yaşı var, səhnədə uşaq kimi gəzir. Eləcə də Hacı İsmayılov, Rafiq Əzimov... Teatr yenicə təmirdən çıxanda isə İsrafil İsrafilov kollektivin qarşısında çıxış edərək "Hər birinizə 2 min manat maaş verəcəyəm" sözünü vermişdi, hanı o söz", - deyə Telman Əliyev əlavə edib.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun isə aktyorun fikirlərinə münasibəti çox soyuqqanlı olub: "Müasir zamanda yaşayırıq və hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. İkincisi, Telman Əliyev teatrın ştatlı əməkdaşı deyil, o, müqavilə əsasında çalışır. Teatrda baş verən hadisələri, tamaşaya qoyulan əsərlərin keyfiyyətini yoxlamaq üçün teatra gəlib aktyor kollektivi ilə söhbət etsəniz, hər şeyi öz gözlərinizlə görə bilərsiniz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Amin Novruzov vəfat etdi
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
-
Azərbaycanlı kurator Züleyxa İbad Berlin Art Week 2026 çərçivəsində “Familiar Strangers” sərgisini təqdim edəcək - (Foto)
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
Bakı dünya rəqsinin paytaxtına çevrilir: Olqa Krasnyanskaya yubiley “Azerbaijan Dance Festival” barədə danışdı - (Video)
-
Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd oldu
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü





