Belə "Tıq-tıq xanım" hələ olmamışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abdulla Şaiqin hər kəsin yaxşı tanıdığı "Tıq-tıq xanım" nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi "Tıq-tıq və Taq-taqın nağılı" adlı tamaşa özünün ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edib.Oktyabrın 25-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir yeni və maraqlı tamaşanın premyerası reallaşıb
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Müasir dövr uşaqlarının düşüncə tərzi və qavrama qabiliyyətinə hesablanan yeni səhnə nümunəsi hər kəsin yaxşı tanıdığı və az qala əzbərə bildiyi məşhur nümunəyə əsaslansa da rejissor tamaşaya əlavə etdiyi şeir nümunələri, obrazların dilindən uşaqların sağlam qidalanmasından ətrafındakılara münasibətədək hər bir nüansı diqqətlə ifadə edə bilmişdi.
Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası - ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi tamaşanın sonluğunun da dəyişməsinə nail oldu. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşada müsbət sonluğa nail olan rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim etdi və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirə bildi.
Nəzm formasında təqdim olunan nümunədə uşaqlar fərqli rəssam işi, klassik baxışda yeni kukla modelləri ilə də tanış olmaq imkanı qazandılar. Belə ki, rəssam (quruluşçu rəssam Rəvanə Yaqubova) səhnədə klassik qəhrəmanlar yeni geyimdə, müasir ştrixlərin seçkin verildiyi üslubda göründü. Bu tamaşada aparıcıları, nağılı nəql edənləri canlı dekorasiya kimi təqdim edən rejissor tamaşanın tempini yüksək tutmağa nail oldu. Bu işdə səhnə işinin musiqisi də öz sözünü dedi. Bəstəkar Vüqar Camalzadənin musiqisi tamaşanı daha da baxımlı etdi.
Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid İbrahimov ifa edib.
Tamaşa izləyənlərin sürəkli alqışları ilə qarşılanıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





